Страницы

01.01.2020

"Zeynəb Xanlarovanın evində düz 22 saat ac və susuz mebel yığdıq"

Millətvəkilinin evində usta işləmiş şəxs bizə dərdini yazır, deyir inanıram ki hər kəs bunu paylaşacaq, səsimi eşitdirəcək.

Mebel dükanlarının birində usta kimi işləyirdim. Ağır işin sonunda 8-də işdən çıxırdıq həmişə. 8-ə 10 dəqiqə qalmış dedilər ki, Zeynəb xanım gəlir, heç kim getməsin. Elə sevinirdik ki.
Uzun sözün qısası bunun gəlib mebel bəyənib getməyi gecə saat 2-yə çəkdi. 2-də hərəmiz dükanın bir küncündə yatışdıq sənətkara dua edə-edə.
Sabah dedilər bəyəndiyi mebellər getməlidir. İllərcə Türkiyədə işləmiş və təcrübəli biri kimi evinə məni göndərdilər. Getməz olaydım. Normal müştərilərin evində 2 saata gördüyümüz işi Böyük sənətkarın evində 22 saata gördük. Yox ora yaraşmadı, yox burda pis durdu deyib düz 22 saat bizə işgəncə verdi böyük sənətkar. Həm də ac və susuz. Nə çay verdilər, nə su. Nə də izin vermədilər ki, gedib nəsə alıb zəhərlənək. 22 saatın sonunda mebel evimə yaraşmadı deyib geri qaytardı, bizə də təbii olaraq dükandan quraşdırma pulu verilmədi və mən də həmin gün istefa etdim.

https://www.facebook.com/HamamTimes/photos/a.243362279023108/1730375316988456/?type=3&__xts__%5B0%5D=68.ARD6ZPZurWUmVydJOG64agNWMMIr-D2QdBS1xnDnhhnjjuu2D0tNbMnaRoo4PCezYrw-ZBirm78iaSs5U56MKCuqxtvlqgxRNRfQiDd0q0h20-gWn3nvwGzknHBKt2rChA7SBs0QpKWwlB5WEHOxkSi1cNdJZDUom-MyYe_i3HvAUIqkK_SUA7J2PDHP0deyv3xjI-R7FfsByJYIpFEZ_LuL6vt6K5PnM6A_IXJv0TiHHXfH5RXRrF4HFZ2j_LrfQ2jwrO3Lf59Vi5Ix-euMCDQiuvDGqyfEm6cnF608GVVz14UBArFGskzXg0uW4YUAQ6fty4auKV1RzJQhjPOQyZ-0LA&__tn__=-R

Комментариев нет:

Отправить комментарий