Страницы

29.02.2020

"Amerikanın Putinə bərabər keyfiyyətləri daşıyan siyasətçisi yoxdur"

Böyük Corc Buş və Stiv Koenin Rusiya haqda dedikləri: "Putin kimisi tarix boyu olmamışdır"

Corc Buş prezidentliyinin son dönəmində verdiyi müsahibədə belə bir etiraf etdi:
"SSRİ-nin dağıdılmasına getməklə böyük səhv etdik. İndi qarşımızda daha güclü, daha təhlükəli Rusiya var". Aparıcının "Güclü Rusiya?" deyə təəccüb etməsinə belə cavab verdi:"Bəli, gördüyünüz iqtisadi çöküş, daxili siyasi toqquşmalar müvəqqətidir. Onun zəifləməsi deyil. Qısa zamanda SSRİ-dən daha qorxulu bir düşmən görəcəyik. 14 respublika Rusiyanın ayağındakı ağır çəki daşları idi. Dotasiyayla yaşayırdılar. (Haşiyə: Azərbaycandan başqa bütün respublikalar dotasiyayla dolanırdılar). Bir gün Moskvada vətənpərvər və bizə kinli adamlar oturacaq. Rusiyanı qısa zamanda dirçəldəcəklər. Artıq yedəyində sürüldüyü 14 respublika yoxdur. Sərvətinin hamısı öz ixtiyarında olacaq. Hər tərəfli güclənmiş və intiqam hissiylə qapımıza dirəndiklərini görəcəyik. SSRİ-nin dağılmasına getməklə ən böyük səhvi etdik. Rusiyaya qarşı getmək yox, bacardıqca onunla dost olmağa, yardım etməyə çalışmalıyıq ki, qəzəbləri boğulsun. Bu gün Amerika adına Rusiyaya yardım kimi göndərilən toyuq budlarını mən şəxsi hesabıma edirəm. Qəpiyinədək cibimdən çıxır. Bunu ölkəmi sevdiyim, qorxunc düşmənlə üz-üzə qalmasın deyə edirəm. Rusiyaya qarşı düşmən çıxışlar edənlər, onu çökdürməyə səsləyənlər avantüristlərdir. Nə dediklərini bilmirlər. Amerikanı təhlükəyə atırlar".
Ukrayna barədə verilən suala cavabda Buş dedi: "Ukraynanı himayəyə götürməklə səhv etdik. Problem mənbəyidir. Amerika ondan imtina etməlidir. Dövlət kimi tanımamalıydıq. Rusiyaya vermək lazımdı. Qoy nə edir etsin. Ukrayna yaxın gələcəkdə dünyanın və ABŞ-ın baş bəlasına çevriləcək. Rusiya ilə qarşıdurmamızın, III Dünya Müharibəsinin başlanması səbəbi olacaq. Rədd etmək lazımdır".
Amerikanın ən yaxşı Sovet və Rusiya mütəxəssisi sayılan Stiv Koen isə 2013-2015-ci illər arası Amerika televiziyalarından birinə müsahibəsində belə deyir:
"Mən Ağ Evdə oturan naqis ağıllıya (Obama nəzərdə tutulur) ilk günlərdən dəfələrlə dedim ki, Moskvaya qarşı tam yanlış strategiyadasan. Populistlərin sözlərinə inanma. Məsuliyyəti ilə deyirəm ki, ona məsləhət verənlərin heç birinin Rusiya haqda normal biliyi yoxdur. Nə də siyasi düşüncələri. Strategiya nədir qanmırlar. Dinləmədi. İndi çıxılmaz vəziyyətə düşdükdə Obama məni çağırıb soruşur ki, nə məsləhət görürsən? Nə edək? Cavab verdim ki, otur gözlə rus bombaları Ağ Evdə başınıza nə zaman yağacaq. Bundan sonra yalnız güzəşt və geriləmələrlə nəsə edə bilərsən. O da Amerikanı zəif duruma salacaq. Bunun baş verməməsi üçün Soyuq müharibə zamanındakı cızıqlarda dayanıb olanları qorumaq lazım idi. Buşa (kiçik) da demişdim. O da bunu kimi ağılsızdı. Bildirdim ki, Putin kimi adam Rusiyada ilk dəfədir gəlib. Dostluğu da, düşmənçiliyi də konkretdir. Hər ikisini əla səviyyədə bacarır. Sözündə durandır. Düşmənə çevirməyin onu. Nəticəsi arzu olunmazdır. Şansdır Amerika və Qərb üçün. Volodya anlayışlı adamdır. Münasibətləri düz qursanız, Rusiyadan arxayınçılıq yaranar. Elə birisidir ki, tarix boyu olmamış. Putin hakimiyyətə gəldikdə Amerika və Qərblə xoş münasibətlər qurmağa çalışdı. Onda yalvarırdım hər gün bu ağılsızlara (Ağ ev və digər siyasi hakimiyyət institutlarına). Eşitmədilər. Çünki düşünə bilmirlər. Putin sadəcə anlaşma, normal münasibətlər istəyirdi. Ölkəsinə hörmətlə yanaşılmasını istəyirdi. Qapılarını Amerika və Qərb üçün açmışdı. Böyük layihələrdə partnyorluq təklif edirdi. Həmişə də partnyorlarım deyə müraciət edirdi. Bunlar nə etdilər? Sən hər şeyini ver, hörmət də gözləmə, bərabər tərəfdaşlıq da. Biz necə istəyirik elə olmalıdır. Nəticədə həddini aşan küçə uşaqlarına qulaqburması vermək istəyən əli dəyənəkli hirsli bir kişi üzünü göstərməyə məcbur etdilər. İndi başlarını itiriblər. Bəyanatları, çıxışlarına baxmayın. Axmaq olsalar da bu dediklərinin boş söz olduğunu bilirlər. Putinin vecinə də deyil. Bilir ki, bunlar bacarıqsız, eqolarında boğulmuş bir qrup boşboğaz yığınıdır. Amerikanın Putinə bərabər keyfiyyətləri daşıyan siyasətçisi yoxdur".

Комментариев нет:

Отправить комментарий