Страницы

14.02.2020

Ramiz Mehdiyev bu FOTO ilə cəmiyyətə nə mesaj ötürür?

Eldar Sabiroğlu

Sosial şəbəkələrdə bir şəkil paylaşılmışdı. Marağımı çəkdi, çünki sıradan bir görüntü deyildi. Uzun çək-çevirdən sonra nə dərəcədə haqlı və ya haqsız olduğumu müəyyən etmək üçün fikirlərimi ictimai rəylə bölüşmək qərarına gəldim.
Məsələ belədir. AMEA-nın prezidenti Ramiz Mehdiyevin kabinetində keçirilən müşavirədən çəkilən foto-fakt mənə görə boş yerdən yayınlanmamışdı. Belə bir şeyin Akademiyanın,- lap əvvəlləri deyə bilmərəm,- lakin yaxın 30-35 illik tarixində baş verdiyini qəti xatırlamıram. Xatırlayan varsa, desin.
Rəsmi protokol qaydalarına uyğun olmayan məlum kabinet müşavirəsi göstərdi ki, Ramiz Mehdiyev hakimiyyətin üst qatındakı nüfuzunu qoruyub saxlaya bilib. Toplantının adı da təsadüfi seçilməmişdi. Sığortanın pərdə arxasında isə özünü təbliğ dayanır. Ola bilsin foto-fakt digərləri üçün ciddi əhəmiyyət daşımasın. Və bu da mümkündür ki, məsələyə xüsusi diqqətim mənim Ramiz Mehdiyevə qərəzli olduğumu ifadə etsin.
Bu elm məbədində keçirilən müşavirə və tədbirlərə hökumət adamları da dəvət edilə bilər, birlikdə bu və ya digər problemin müzakirəsini aparmaq da olar. Burada mənfi çalar yoxdur və axtarmağa da meyilli deyiləm. Ancaq bununla belə Ramiz Mehdyevin istənilən vəziyyətdə öz şəxsi tövrünü, tərzini şişirtməsinin əleyhinəyəm. Müşavirəni əks etdirən fotoda başda Ramiz Mehdiyevin, aşağıda isə hökumət və dövlət adamlarının əyləşdiyini görürəm. Onlardan üçünü- Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovu, maliyə naziri Samir Şərifovu, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevi tanıya bildim.
Birincisi, hökumət üzvlərinin iştirakı ilə Akedemiyada Mehdiyevin iş otağında müşavirənin keçirilməsi və amirənə oturuş tərzinin görüntülənməsi hansı rəsmi qayda və prinsiplərə uyğundur? Ən azından o daha özünü Prezident Administrasiyasının rəhbəri kimi aparmamalıdır. Ancaq iliyinədək işləyən təkəbbür onu protokola uyğun hərəkət etməyə imkan vermir. Məncə Akademiya prezidenti bu müşavirəni dəyirmi masa arxasında keçirsəydi, daha alicənab insan təsiri bağışlamış olardı. Siyasi mədəniyyət də, uyğun protokol qaydaları da məhz bunu belə tələb edirdi.
İkincisi, bu cür kabinet müşavirələrini prezident, vitse-prezident, baş nazir, parlamentin sədri keçirə bilərlər və bu tədbirlər də çox zaman işıqlandırılmaz.
Üçüncüsü, görünür ki, hakimiyyətin Ramiz Mehdiyevlə ehtiyatlı davranış limiti hələ də aradan götürülməyib. O, Prezident Sarayındakı hökmünü itirmək istəmir. Çöx güman ki, şəklin onun tərəfindən məqsədyönlü olaraq nümayiş etdirilməsi cəmiyyətə bir mesajdır. Yəni mən varam!!!
Bəli, varsınız. Amma daha yüksək dövlət adamı deyilsiniz.
Maraqlıdır, Prezident bu şəklə baxıb, ya yox… /konkret.az/

Комментариев нет:

Отправить комментарий