Страницы

14.02.2020

Sona Vəliyeva hakimiyyətə meydan oxuyur - REALLIQ

Əli Həsənov Prezidentə öz etirazını həyat yoldaşının dilindən səsləndirir.
Sona Vəliyeva yazır: “"Kaspi" qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir?!”
Reallıq: Bundan bir gün öncə qəzetin dövlət başçısına müraciətində “redaksiyada kartla maaş alan” 26 nəfərin olduğu yazılmışdı. Bəs onda təsisçisi kollektivin sayını niyə şişirdir?
Sona Vəliyeva yazır: “"Kaspi" tarixi taleyi və ənənəsi olan bir qəzetdir. 1881-ci ildə işıq üzü görərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında vətənpərvər ziyalıların tribunası rolunu oynayıb. Məhz buna görə “Kaspi” qəzeti həm də “Üç əsrin qəzeti” adlanır. Bu qəzetdə Ə.Topçubaşov, H.Zərdabi, Ə.Hüseynzadə, M.Şahtaxtı kimi vətənpərvər ziyalılar baş redaktor kimi çalışıblar... 1999-cu ildə müstəqil Azərbaycan mediasının inkişafının ilk mərhələlərində ulu öndər Heydər Əliyevə müraciətimiz onun xeyir-duası ilə cavablandı və bu qəzet öz tarixi fəaliyyətini bərpa etdi”.
Reallıq: Belə təəssürat yaranır ki, “Kaspi” sanki Azərbaycanın milli mətbuatı olub? Bu, tarixdən başı çıxmayanların uydurmasıdır. H.Z.Tağıyev qəzeti 1907-ci ildə Zərdabinin vəfatından dərhal sonra Veynberq adlı Bakı yəhudisinə satır. Sona xanım tarixi təhrif edərək, öz adını bu yolla mətbuat tarixinə dürtüşdürməyə uğursuz cəhd göstərir. Həqiqət nə deyir? Qəzet 1999-cu ilin martın 9-da Əli Həsənovun ad günü vaxtı ona hədiyyə kimi işıq üzü görüb. Təsisçisi isə Nuşirəvan Məhərrəmlinin həyat yoldaşının kağız üzərində rəhbəri olduğu “İntellekt” Araşdırmalar Mərkəzi adlı formal QHT olub. Mətbu orqanın 1-ci sayının redaksiya məqaləsində yazılır ki, qəzetin adını ona görə “Kaspi” qoymuşuq ki, bu, Xəzər dənizinin adıdır və həm də geostrateji anlam daşıyır. Redaksiya məqaləsində bir cümlə olsun belə tarixi “Kaspi”yə işarə vurulmur, çünki məqsəd tarixi bərpa eləmək yox, “obyekt” açmaq idi. Maraqlananlar “Kaspi”nin 9 mart 1999-cu il tarixli 1-ci sayına baxa bilərlər. Bəs Sona nə vaxt tarix səhnəsinə zühur edib? Yalnız 2012-ci ilin sonunda təsisçi dəyişir və onun adını qəzetin rekvizitinə yazırlar.
Sona Vəliyeva yazır: “"Kaspi" kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin media siyasəti haqqında heç də yaxşı fikir yaratmır. Bu addımı atanlar, bu təşəbbüsdə olan məmurlar, KİVDF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən sorğu aparmalı idilər”.
Reallıq: Yazının tonu müəllifin pisixoloji gərginlikdən irəli gələrək reallıq hissini itirdiyini göstərir, hətta o dərəcədə reallıq hissi itib ki, tarixi saxtalaşdırmaq bir yana, hətta dövlətə ultimatum da verir.
Sona Vəliyeva yazır: “Qəzeti necə saxlayaq?”
Reallıq: Hər ay dövlətin sizə yaratdığı şərait hesabına qurduğunuz ailə biznesinizdən qazandığınız milyonlarla manat gəlirdən özünüzə aid qəzetin əməkdaşlarının maaşını ödəmək çoxmu çətindir?
Nəticə: Əli Həsənov və ailəsi ölkə Prezidentinə və onun yeni media komandasına müharibə anonsu vermiş oldu!

konkret.az

Комментариев нет:

Отправить комментарий