Страницы

05.03.2020

Hadı Rəcəbli üçün həkim çağırılıb, Fəzail Ağamalı isə dərmanla problemi yola verib

Məlum olduğu kimi, dünən Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı bir sıra qərarlar verib. jamaz.info xəbər verir ki, həmin qərarlara əsasən 4 dairədə seçkilərin nəticələri ləğv edilib. Belə ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib. Həmin dairələrdə təkrar seçkilərin keçirilməsi qərara alınıb.
Qeyd edək ki, MSK bu gün də növbəti iclasını keçirəcək. Komissiya indiyə qədər daha 10-a yaxın dairə ilə bağlı araşdırma aparır. Bu məqsədlə müvafiq səsnədləri yerli DSK-lara göndərib. jamaz.info-ya çatan məlumatlardan belə məlum olur ki, bugünkü iclasda daha bir neçə seçki dairəsində nəticələr ləğv olunacaq. Həmin sırada 91 saylı Ucar, 81 saylı Beyləqan, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 42 saylı Sumqayıt ikinci, 125 saylı Zəngilan-Qubadlı, 15 saylı Yasamal birinci, 28 saylı Sabunçu üçüncü, 79 saylı İmişli və 60 saylı Salyan-Neftçala seçki dairələri var. Lakin bu heç də o demək deyil ki, adları qeyd olunan dairələrin hamısı ləğv olunacaq. Gələn məlumatlarda vurğulanır ki, hal hazırda bu dairələrdən 4 və ya 5-nin ləğv edilməsi nəzərdə tutulub. Amma konkret olaraq onların hansının adı ləğv olunanların sırasında olacağı bəlli deyil.
Əldə etdiyimiz məlumata görə, dairələrdə seçkilərin nəticələrinin ləğv olunması bir neçə deputatlığa namizədləri narahat edib. Daha doğrusu, adları liderlər siyahısında olan namizədlər daha çox narahatdırlar. Elə bu səbəbdəndir ki, dünəndən bəri bəzi namizədlərlə bağlı sağlamlıqları ilə əlaqədar xəbərlər gəlməkdədir.
jamaz.info-ya verilən məlumatda deyilir ki, ötən gün ləğv olunan 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd, keçmiş deputat Hadı Rəcəblinin dünən axşam saatlarında səhhətində problem yaranıb. Məlumata görə, baş verənlərdən narahat olan sabiq deputatın qan təzyiqi yüksəlib. Həkim müdaxiləsindən sonra onun vəziyyəti stabilləşib.
60 saylı Salyan-Neftçala Seçki Dairəsindən “çox səs yığan” AVP sədri Fəzail Ağamalının da halının pisləşdiyi bildirilir. Məlumatlara görə, keçmiş deputata dairənin nəticələrinin ləğv oluna biləcəyi xəbəri verilib və bundan sonra halı pisləşib. Lakin onun üçün həkim çağırmağa ehtiyac qalmayıb. Çünki qısa müddətdən sonra Ağamalı özünə gəlib.
Bu əsnada, Çingiz Qənizadə və Hüseynbala Mirələmovun isə səhhətlərində problem yaranmasa da, stress keçirdikləri bildirilir. Hətta Qənizadənin ətrafına qarşı bir qədər aqressiv olduğuna dair məlumatlar var.
Məsələ ilə bağlı yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Комментариев нет:

Отправить комментарий