Страницы

28.03.2020

Mən sizin hamınızı Avrasiya Hərəkatı Azərbaycan təşkilatına üzv olmağa çağırıram. Nə olacaq bu işlərin axırı? Nə fikirləşirsiz, Xalq Cəbhəsi Amerikaya kəllə atacaq, Müsavat BP-ni ölkədən qovub çıxaracaq, yoxsa Avropadakı mühacirlər gəlib bank sələmini dayandıracaq? Ayıq olun. Qorxmayın, sıralarımıza qoşulun, Rusiyayönlü kontingentə dəstək verin. Cəsarətli olun, bu ölkədə Rusun ən axırıncı adamına toxunanın qulağını küçük qulağı kimi kəsərik! Xalqımızın Avrasiyaçı energetikası müvəqqəti anabioz vəziyyətindədir; o nə vaxtsa oyanacaq, Rusiya ilə bağlı şanlı keçmişimizə və gələcəyimizə diş atan çaqqal sürüsünü çıxdıqları mağara deşiyinə kimi qovacaq. Gələcək – Rusiyanındır. Tezliklə haqq ordusu burda olacaq, qardaşlar. Avrasiya yolu – məntiq yolu, şüur yolu, təfəkkür yoludur. Xalqımıza xas ən ali mənəvi dəyərlərin qayıdışıdır. Bu yol çətin və məşəqqətli yoldur, amma labüddür və qaçılmazdır. Fikirlərimi 41-ci ilin məşhur şüarları ilə bitirmək istəyirəm: “Bizim işimiz haqq işidir! Düşmənin başı əziləcək. Qələbə bizimlədir!”.

İbrahim Sel, “NATO-nun təbliğat maşınının zay etdiyi şizofrenikləri haqq yoluna qaytarmalıyıq”

Комментариев нет:

Отправить комментарий