Страницы

28.03.2020

Məmməd Əmin kimə ev verib, kimə torpaq verib, kimə iş yeri açıb? Milli dediyiniz o hökumət heç öz vətəndaşlarına maaş verməyib, ingilis komandanlığının layihəsini icra edən QHT qrupu olub. Bakı yəhudisi Rəsulzadə bu xalqa heç qoz da verməyib, heç bir azərbaycanlı ondan qara qəpik də xeyir görməyib. Amma Nərimanovgil Azərbaycana ev-ev düşmüşdülər, ölçmüşdülər, sajenləmişdilər, hamıya şəxsi həyətyanı torpaq sahəsi vermişdilər, ev tikməkdə kömək etmişdilər, işlə təmin etmişdilər. Nərimanovgilə kimi Azərbaycanda şəxsi evi olan yox idi, hamı yəhudi, seyid, avar, laçınlı bəy və xanların mülk torpaqlarında kirayədə yaşayırdı. Bu xalq Nərimanov kimilərin hesabına mal-mülk sahibi oldu. Amma axırda nə oldu? İndi xalq Nərimanovu əclaf çıxarıb, Rəsulzadəni isə böyüdüb tanrı kimi səcdə edir. Budur xalq! Xalq tikilən zavodların qədrini bilmirdi, gecə-gündüz kabelindən tutmuş turbalarına kimi oğurlayıb satırdı, hətta Sovet dağılanda həmin zavodların hasarlarını da söküb daşına kimi yedilər, indi ağsaqqal deyir xalq hakimiyyətə gələcək, zavodlar tikəcək! Ey Azərbaycan xalqı, nə qədər gec qurtulacaqsansa, bir o qədər çox biləcəksən əsl azadlığın qədrini! Əsl azadlığı sənə Rus vermişdi. Bu xalq naşükürlük etdi Soveti yıxdı! Əsl azadlıq Rusiyadadır, Çeçenistan kimi, Tatarıstan kimi Rusiyanın tərkibinə qatılmaqdadır.


İbrahim Sel, “NATO-nun təbliğat maşınının zay etdiyi şizofrenikləri haqq yoluna qaytarmalıyıq”

Комментариев нет:

Отправить комментарий