Страницы

28.03.2020

Şiə də, sünni də qardaşdır. Sünni qardaşlarımızın hamısına elə burdan öz salamlarımı yetirirəm. Hamınız bizimçün əzizsiniz, qəlbimizdə yeriniz şiədən də üstündür. Hərdən ön cəbhədə vuruşan şiələrimizi mədh edirik, bəzilərinə elə görünə bilər ki sünni-şiə ayrıseçkiliyi edirik, xeyr. Uqo Çaves katolikdir, o qlobalizmə qarşı ön cəbhədə vuruşanda onu da mədh edirdik. Kastronu da mədh edirdik, Qəddafini də. Sünni Kadırovu da mədh edirik, ələvi Əsəd də bizə o qədər əzizdir. Müsəlman dünyasının liderləri Kadırov, Nazarbayev, Əsəd, Xamenei kimi oğullardir, hərəsi bir cəbhəyə rəhbərlik edir, müqaviməti qururlar. Şərə, sionizmə, vahhabiliyə, nurçuluğa qarşı bir olmalıyıq. Sionistlərin aramıza girməsinə imkan verməməliyik. Şanlı keçmişimizə qiymət qoymalı, dəyərlərimizə hörmətlə yanaşmalıyıq. Şiəlik də, sünnilik də, pravoslavlıq bizim misilsiz nemətimizdir. Bu ölkədə ləzgidən adekvat, sivil və mədəni xalq yoxdur, bu bir həqiqətdir. Kənardan ayrıseçkilik kimi görünsə də, biz bunu heç xəyalımıza da gətirmədik. Sünni bizim qanımız, canımız, ruhumuzdu, biz sünni-şiə ixtilafı salmaqdan uzağıq, bu sionistlərin işidi. Sadəcə indi meydanda şiələrdi. Qlobalizmə, sionizmə və satanizmə qarşı öndə döyüşənlər şiələrdi. Mədhiyyəmizin səbəbi budur. Öndə döyüşənləri sizli-bizli dəstəkləməliyik, ruhlandırmalıyıq. Uzaq Amerikada venesuelalılar döyüşdü, kubalılar döyüşdü, onları da alqışladıq, Donbasda slavyanlar döyüşdü, onları da, indi də meydan şiələrindi. Sabah sünni Həmas Fələstində döyüşəcək, onlara da səs verəcəyik. ABŞ-İsrail murdar cütlüyünə qarşı kim döyüşdü, biz onun yanındayıq, buddaçı da olsa.

İbrahim Sel, “NATO-nun təbliğat maşınının zay etdiyi şizofrenikləri haqq yoluna qaytarmalıyıq”

Комментариев нет:

Отправить комментарий