Страницы

08.05.2020

Bakıda və Yerevanda meydanlarda milliyyətçilərin səsləndirdikləri şüarların mətnləri eyni idi

Aftandil Babayev

Bir dəfə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın azərbaycanlı sinif yoldaşının müsahibəsini oxumuşdum. Deyirdi ki o vaxtlar Şuşada biz Sarkisyanın ailəsi ilə çox yaxın idik. Bir-birimizin xeyir-şərinə gedib gəlirdik. Sarkisyan atamın yas mərasimində də iştirak etmişdi...
O vaxtdan düşunurəm ki, necə olur bir vaxtlar azərbaycanlılara belə yaxın olan adam Sovet dağılan kimi qısa müddətdə dəyişib azərbaycanlılara qarşı Qarabağda qəddarcasına davaranan qatilə çevrilir?!
Məyər Şuşa Azərbaycanın olanda orda ermənilər öldurulur, qovulurdumu?
Kimə lazım idi bu mənasız müharibə?
Araz Əlizadə deyir ki o vaxtlar Bakıda və Yerevanda meydanlarda milliyyətçilərin səsləndirdikləri şüarların mətnləri eyni idi- sanki onları eyni adam yazmışdı. Təkcə ünvan fərqli idi- onlar bizi, biz onları söyürdük.
Görunən odur ki Sovetin xalqlar dostluğu ideyasını süquqta uğratmaq üçun o vaxtlar Qərb milliyyətçilırdən yaxşıca istifadə elədi- həm orda, həm də bizdə. Amma təəssuf ki itirən tərəf biz olduq.
Çünki bizim milliyyətçilər o vaxtdan həm də İrana və Rusiyaya kəllə atmaqla Azərbaycanı tamam tək qoydular.

Комментариев нет:

Отправить комментарий