Страницы

08.05.2020

Məhəmməd Peyğəmbərin (s) neçə övladı olmuşdur?

Həzrət Peyğəmbərin (s) neçə övladı olmuşdur? Həzrət Peyğəmbərin (s) həyatı boyu yeddi övladı olmuşdur ki, onlardan birindən başqa qalanları Həzrət Xədicədən (s) olmuşdular. Bu rəqəmi bəziləri səkkiz də deyirlər ki, bu, səhvdir. Çünki Həzrətin üç oğlu və dörd qızı olmuşdur.
Belə ki nəql edilir: “Peyğəmbərin (s) yeddi övladı olmuşdur. 3 oğlu və 4 qızı ki, onlardan birindən başqa qalanları Həzrət Xədicədən (s.ə) dünyaya gəlmişdilər. İbrahimin anası isə Mariyə Qəbəti idi. Peyğəmbər (s) dünyada olan zaman iki həyat yoldaşı dünyasını dəyişmişdir. Ondan sonra Həzrət Fatimədən (s) başqa heç bir övladı dünyada qalmamışdır. Fatimə (s) də atasının vəfatından üç ay sonra dünyasını dəyişmişdir”.
Hişam ibni Muhəmməd ibni Saib Kələbi atası Əbu Salehdən nəql edir ki, İbni Abbas demişdir: “Peyğəmbərin (s) besətindən əvvəl Məkkədə dünyaya gələn ilk övladı Qasim olmuşdur. Həzrətin (s) künyəsi də məhz bu övladının adı ilə bağlıdır. Ondan sonra Zeynəb, Ruqəyyə, Fatimə (s), Ümmil-Gülsüm dünyaya gəlmişdilər. Besətdən sonra Həzrətin (s) Abdullah adlı və Tahir ləqəbli bir oğlu olmuşdur. Onların hamısının anası Həzrət Xədicə (s) olmuşdur. O zaman ki Həzrətin (s) oğlanları ölür, As ibni Vail deyir ki, onun nəsli kəsilmişdir. Bu sözlərdən sonra Allah Təala “Kövsər” surəsini nazil edir və onun dediklərini inkar edir”.
Vaqidinin nəql etdiyinə görə, Qasim vəfat edən zaman iki yaşı var imiş.
Beləliklə deyə bilərik ki, Peyğəmbərin (s) yeddi övladı olmuşdur ki, onlardan üçü oğlan və dördü qız övladı olmuşdur. Onlardan birindən başqa, yəni İbrahimdən başqa qalanlarının anası Həzrət Xədicə (s) olmuşdur. Həzrət Fatimədən (s) savayı heç bir övladı sağ qalmamışdır.
Hz. Məhəmməd (s) uşaqları bunlardır:
Qasım: Peyğəmbərimizin ilk uşağı olan Qasım, kiçik yaşında həyatını itirmişdir. Məkkədə doğulan Qasım vəfat etdiyində 17 aylıq idi. Qasıma görə peyğəmbərimiz Əbul Qasım olaraq xatırlanmışdır.
Zeynəb: Qızların ən böyüyü olan Zeynəb, Əbül As ilə evləndirilmişdir. Əri müsəlman olmadığından Zeynəbin hicrət etməsinə icazə verməmişdir. Bədir döyüşündə əsir düşdükdən sonra Zeynəb Mədinəyə göndərilməsi şərtiylə sərbəst buraxılmışdır. Sonralar müsəlman olan Əbül As Mədinəyə gələrək, Zeynəblə yenidən birlikdə olmuşdur. Zeynəb 30 yaşında vəfat etmişdir.
Ruqiyyə: Əbu Ləhəbin oğlu Utbə ilə evləndirilmiş, bacısı Ümmü Gülsüm kimi Təbbət surəsinin endirilməsindən sonra Əbu Ləhəbin təzyiqi ilə boşanmaq vəziyyətində qalmışdır. Daha sonra Hz. Osman (ə) ilə evləndirilmiş və Həbəşistana hicrət etmişlər. Bədir zəfərindən sonra vəfat etmişdir. Hz. Osmanla (ə) xoşbəxt bir evlilik həyatı olmuşdur.
Ümmü Gülsüm: Əbu Ləhəbin oğullarından Uteybə ilə evləndirilən Ümmü Gülsüm İslamı ilk qəbul edənlərdəndir. Təbbət surəsinin enməsindən sonra Əbu Ləhəbin, peyğəmbərin qızlarını boşayın dediyi oğulları, buna riayət edərək boşanmanı reallaşdırmışdır. Beləcə Peyğəmbərimizin qızları müşrik əlindən xilas olmuşdurlar. Ümmü Gülsüm bacısı Fatimə ilə və Həbibi Əkrəm (s) ilə qalmışdır. Anasının vəfatından sonra Peyğəmbərimizlə birlikdə Mədinəyə hicrət etmişdir. Bacısı Ruqiyyənin vəfatından sonra Hz. Məhəmməd (s.ə.v) tərəfindən Hz. Osman (ə.s) la evləndirilmişdir. Hicrətin doqquzuncu ilində xəstələnərək, vəfat etmişdir.
Fatimə (ə): Yalnız bu qızı Peyğəmbərimizdən sonra vəfat etmişdir. Peyğəmbərin ölümündən sonra altı aya qədər yaşamış, 24 yaşında vəfat etmişdir. Hz. Əli (ə) ilə evlənmişdir. Hz Ömərin (ə) qayınanası sifətini daşıyırdı. Ümmü Gülsüm və Zeynəb adında iki qızı, Hüseyn və Həsən adında iki oğlu doğulmuşdur. Peyğəmbərimizin nəsli Hz. Fatimeyi-Zəhra (ə) tərəfindən davam etmişdir.
Abdullah: Qasım kimi peyğəmbərimizin bu oğlu da kiçik yaşda həyatını itirmişdir. Süddən kəsilmədən vəfat edən Abdullah, Tahir və Tayyib adları ilə da xatırlanmaqdadır.
İbrahim: Peyğəmbərimizin ən son övladıdır. Misir qubernatoru Muqavkıs tərəfindən hədiyyə olaraq göndərilən və peyğəmbərimizin evləndiyi Mariyadan doğulan oğludur. Hicrətin səkkizinci ilində 22 aylıq olarkən vəfat etmişdir.

Комментариев нет:

Отправить комментарий