Страницы

29.05.2020

JURNALİSTLƏRƏ MƏNZİLLƏRİN NECƏ PAYLANDIĞI ARAŞDIRILMAĞA BAŞLANDI: "Cəzalarını alacaqlar"

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
Bu barədə criminal.az saytının yaydığı məlumatda bildirilir ki, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.
İdarəyə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, Fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.
Məqalədə müraciət müəlliflərindən biri kimi adı keçən afn.az saytının baş redaktoru Həbibə Abdulla azpolitika.info-ya açıqlamasında yayılan məlumatın doğru olduğunu təsdiqləyib. O bildirib ki, sözügedən müraciəti tanınmış jurnalist Vəfa Fərəc “Facebook”-da paylaşıb, bəzi məqamları ilə razı olmasa da, ümumilikdə dəstəklədiyini bildirib. “Adımız qeyd olunmaqla Prezident Administrasiyasına müraciət ünvanlandı. Çox sevindirici haldır ki, reaksiya verilib və araşdırmalara başlanıb. Ümid edirik ki, jurnalistlərin verdiyi faktlar qulaqardına vurulmayacaq, haqq etməyib mənzil alanlar da, onlara mənzil verənlər də lazım olan cəzanı alacaqlar. KİVDF-yə ayrılan və oradan qəzetlərə, jurnalistlərin maddi-məişət vəziyyətinin yaxşılaşdırılması üçün qəzetlərə ayrılan vəsaitlərin necə xərclənməsi, müsabiqələrin keçirilməsi, nəticəsi haqda dəqiq faktlara malikəm. Hamısını hüquq-mühafizə orqanlarına təqdim etməyə hazıram. Mənim məqsədim haqqı tapdanan həmkarlarımın haqqını tələb etməkdir. Başqa heç bir niyyətim yoxdur”,- deyə H. Abdulla vurğulayıb.

Комментариев нет:

Отправить комментарий