Страницы

28.05.2020

Tanınmış pedaqoq Zeynəb Cəfərlinin düşdüyü durumla bağlı facebook-da müzakirə açıldı

“Öz müəllimini bu günə salan cəmiyyət utanmalıdır”

Facebook fəalı, solçu fikirləri ilə yadda qalmış Dadaş Dadaşov tanınmış pedaqoq Zeynəb Cəfərli ilə bağlı status yazıb.
Onun statusundan məlum olub ki, Zeynəb xanım bir müddət işsiz qaldıqdan sonra süpürcəgi kimi işə düzəlmək məcburiyyətində qalıb.
Pedaqoqun düşdüyü ağır durum facebook istifadəçilərinin təəssüfünə səbəb olub və onlar öz etirazlarını bildiriblər.
Dadaş Dadaşovun həmin statusunu və bununla bağlı yazılan şərhləri sizə tədqim edirik.

“Dadaş Dadaşov:
Bu artıq təhsilimizə tüpürməkdir!
Zeynəb xanım Cəfərli 10 il orta, 5 il isə ali məktəblərdə dilimizi, ədəbiyyatımızı tədris etmişdir.
O sözün həqiqi mənasında əsl ziyalı bir azərbaycanlı xanımıdır.
Xasiyyətində şikayətlənmək, inləmək, sızlamaq olmayan Zeynəb xanımla xeyli müddət idi ki hal-əhval tutmaq imkanında deyildim. Bu yaxınlarda təsadüfən avtobusda görüşdük.
Dolanışığı barədə soruşduqda bildirdi ki, 3 il işsiz qaldıqdan sonra nəhayət JEK-də 240 manat məvacibə işə düzəlib. İşin mahiyyəti isə küçə süpürməkdən ibarətdir...
Dəhşətə gəldim.
İlahi, görəsən dünyada belə bir ikinci ölkə varmı ki, iki eşşəyin arpasını bölə bilməyən külahlar yüksək vəzifə postları ilə, ömrünün ən mənalı zamanını, gözünün nurunu itirməklə elmə-ədəbiyyata sərf etmiş müəllimə-jurnalist isə küçə süpürgəçiliyi ilə mükafatlandırılsın?!
Millətçilərə, vətənşüvənlərə səslənirəm. Bəyənmirsiniz Sovet quruluşunu! Əlinizi qoyun vicdanınızın üzərinə və and için vicdanınıza: Vardımı belə bir hal Sovet dövründə ki eşşək otarmaq səviyyəsində olmayanlar ən mühüm postlarda otursun, amma həyatının 18 ilini yalnız elm öyrənməyə, qalan hissəsini də öyrətməyə sərf etmiş ali təhsilli müəllimə-jurnalist küçə süpürsün? Olubmu?
Əlbəttə yox!
Budurmu azadlıq? Budurmu demokratiya?
Bu heç birisi deyil. Bu- kapitalizmdir!
Cəhənnəm zəbanəsidir bu.
Cənnətə aparan yola, yəni elmə, ədəbiyyata, mədəniyyətə tüpürməkdir bu!

STATUSA YAZILAN ŞƏRHLƏR:

Cəlal Yaquboğlu: Dadaş bəy, bu kapitalizm deyil! Bunun əsl adı - QAP! TALA! izmdir!
Əmrulla Şirvanov: Kapitalizm cəmiyyəti və onu yaşadanlar ona etiraz edən hər bir cəsarətli, şəxsiyyətini qoruyan, qürurlu insanı mənən sındırmağa çalışır. Amma kommunisti heç bir qüvvə, aclıq, səfalət, sıxıntı sındıra bilməz. Biz yenidən gələcəyik! Bu dəfə həmişəlik, bütün dünya zəhmətkeşləri ilə bir yerdə gələcəyik. Bəşəriyyətin xilas yolu sosializm cəmiyyətindədir!
Təranə Əliyeva: Zeynəb Cəfərli, Sizə heyran qaldım. Xanım Zeyneb! Sınmayan qadın!
Zenfira Əliyeva: Zeynəb xanım, əzizim, sizin kimi dəyanətli, mətin qadınlarla əsl Azərbaycan xalqı daim qürur hissi ilə fəxr edib və yenə də edəcək. Sizə can sağlığı, ailə sevinci diləyirəm.
Təranə Əliyeva: Mənim xanım Zeynəbim (icazə verin sizə belə müraciət edim), nə edək ki övladlarımızı da düçar etdik bu dözülməz həyata...
Zenfira Əliyeva: Xalq yazıq oldu çox.
Ramzes İsmayılov: Öz müəllimini bu günə salan cəmiyyət utanmalıdır. Dünənki naxırçılar, sürücülər, dərzilər və sairləri bu gün saxta diplomlarla müəllim işləməyə utanmırlar. Təhsilimizi ağlar günə qoyub ciblərini dolduran dövlət məmurları utanmırlar. Bütün bunları görən və başa düşən bizlər nəyə görə utanmalıyıq? Biz tərbiyə görmüşük, ona görə də həmişə abır-həyamıza qısılmışıq. Bunlarda heç abır-həya da yoxdur, heç olmasa öz savadsızlıqlarından utansınlar.
Zenfira Əliyeva: Küçə süpürmək oğurluq, avaralıq deyil ki. Alın təriylə, qeyrətlə görülən hər iş şərəflidir.
Ziyafət Ziyafət: Utanmayın, Zeynəb xanım. Utansın xalqın qanını sorub milyardları yığan, ləlöyün, acgöz dövlət qulluqçuları! Sizi, bizi bu günə qoyanlar utansın!
Elman Səfərov: Bütün kapitalist ölkələrində belədir!
Rəna Novruzova: Allah köməyi olsun.
Sərdar Şəmsiyev: Bəli, bu gün cəmdəyinə söyülən Sovet quruluşunda Zeynəb xanımlar aldıqları savada uyğun, layiq olduqları yerdə idilər, bugünkü kimi küçə süpürmürdülər. Çünki o ölkədə vəzifələrdə ləyaqətlilər işləyirdilər. Bizim özlərini de(r)mokrat adlanan müxalifətimiz sosializmi və kommunizmi söyməkdən həzz alır. Və yenidən hakimiyyətə gələrlərsə,
Azərbaycanda kommunizmin kökünü kəsəcəkləri ilə hərbə-zorba gəlirlər. Kommunizmin kökünü isə onun daşıyıcılarını fiziki məhv etməklə mümkün sayırlar bu, Türkiyənin bir yerinə sabunsuz girməyə cəhd edən kütbaş pantürkist millətçi sürüsü!..
Fazil Tağıyev: Müəllimini bu günə salan dövlətin, cəmiyyətin axırı yoxdur. Adam qafqazlı olmağına, azərbaycanlı olmağına artıq xəcalət çəkir. Hansı ki biz uzun illər bununla fəxr etmişik.
Alima Ama: Burda Norveçdə də ali təhsillilər arasında süpürgəçi işləyənlər çoxdur. Amma fərq o ki maaş yaxşıdır, yeməyinə və kreditlərinə çatır.
Rauf Məmmədov: Tamamilə razıyam ki, dəhşət bir gündəyik...
Dadaş Dadaşov: Kommunist ideologiyasının ən müqəddəs bir prinsipi var: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!” Əziz qardaş və bacılar, gəlin yersiz və heç kimə bir fayda verməyən paylaşımlar etməkdənsə idealımız olan bu QARDAŞLIQ prinsipinə imkan daxilində əməl edək. Konkret olaraq hazırda haqqında bəhs olunan mövzu öz ədalətli həllini tapana qədər paylaşımlar edək, rusca, ingiliscə, almanca və sair dillərə tərcümə etməklə mövzunu gündəmdə saxlayaq. Qoy bu hadisə bizlərin birlik, qardaşlıq və ədalət uğrunda real mübarizəmiz üçün ilk addım olsun.
Ağadadaş Əliyev: Sovet vaxtının rəhbərləri hansı əraziyə getsəydilər, ən hörmətli insan kimi müəllimi eşidərdilər. Bu gün hətta məktəb direktorlarını kanalizasiya təmizləməyə aparırlar. Bunun insanlar üçün bir mənası var- FACİƏ. Yatmış vicdanlar ayılmasa, son vaxtların hadisələri bir daha göstərir ki, dünyamız və insanlıq məhvə gedir.
Müşviq Məcidli: DAĞIL EY DÜNYA!
Dadaş Dadaşov: Söhbət ali məktəb müəlliməsi işləmiş bir Azərbaycan xanımının dolanışıq üzündən küçə süpürgəçiliyi etməsindən gedir. Deyin; sosial şəbəkədə bu qədər vətən övladlarının bir azərbaycanlı xanımın halal haqqını özünə qaytara bilmək qüvvəsi olmayacaqsa, onda sabah mövcud hakimiyyət olmasa belə yenə də “burda mənəm Bağdadda kor xəlifə” hoqqaları baş verməyəcəkmi?
Leyla Qebleyeva: Azərbaycan vətəndaşlarının 60%-i o qadının günündədir.
Dadaş Dadaşov: Çalışmalıyıq problemin subyektivləşdirilməsi və həll olunması uğrunda mübarizə aparmalıyıq. Bu artıq vətəndaş həmrəyliyi deməkdir. Bunsuz heç bir müvəffəqiyyət əldə etmək mümkün ola bilməz.

Комментариев нет:

Отправить комментарий