Страницы

19.05.2020

Zeynal Nağdəliyevin 5 işçisi vəzifədən qovuldu

ARALARINDA İMİŞLİ RAYONU ÜZRƏ KURATOR DA VAR

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, şöbənin əməkdaşları – Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.
Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.
Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

Комментариев нет:

Отправить комментарий