Страницы

03.06.2020

Filadelfiya bombalanması

Ramil Həsənov

Bura müharibədən olan bir kadra, yəni 1940-cı illərdəki Hamburq, Stalinqrada, ya da 2016-ci ildəki Suriyaya bənzəsə də, əslində bura 1985-ci il, ABŞ-ın Filadelfiya şəhəridir.
Soruşa bilərsiniz ki, ABŞ-ı tarixi boyu kim bombalayıb axı? Elə bir müharibə ABŞ yaşamayıb axı.
Doğrudur, heç kim bombalamayıb ABŞ-ı. Çünki ABŞ-ın elə özü öz insanlarını bombalayıb.
Deməli, 1970-ci illərdə ABŞ-da bir hərəkat yaranır. MOVE adında, əsasən afrikan-amerikanların yaratdığı bir orqanizasiya. Eyniylə Black Panthers kimi bir hərəkat. Bu hərəkat üzvləri kommunal formada, hamısı eyni formada Filadelfiyadakı bir qəsəbədə ailələri ilə birgə yaşayırdılar.
1985-ci ilin 13 may günündə ABŞ hökuməti bunların bəzi üzvlərini həbs etmək istəyir və əraziyə polis göndərir. Əraziyə göndərilən polislərə MOVE üzvləri cavab vermir və etiraz edirlər.
Və ABŞ güc strukturları ağlasığmaz qərar qəbul edirlər:
Ərazi bombalansın.
Vertolyotlarla sanki müharibədə düşmən bir dövləti bombalayırmışcasına həmin ərazidəki sivil insanları, evləri bombalayırlar.
Nəticədə 5 azyaşlı uşaq olmaqla 11 insan öldürülür. 61 ev bombalama nəticəsində məhv edilir. Sonrasında başlayan alov söndürülmür və alov ətrafa yayılır. Ümumilikdə, 250 insan evsiz qalır.
"Demokratiyanın beşiyi" dedikləri bu olsa gərək.

Комментариев нет:

Отправить комментарий