Страницы

03.06.2020

Araz Ağalarovu Tramp və Sorosa nə bağlayır?

Koronavirus və dünyada əmələ gətirdiyi fotoqrafları təsvir etməyə davam edək. Koronaya rəqmən əsl savaş ABŞ-ın içində gedir...
Amerika deyilən topraq parçası iki sərmayə qrupunun yüksəltdiyi coğrafyadır. Bu səbəblə iki partiya, iki namizəd, iki mübariz, iki axın var. Bir də bu sistemin dərinliklərinə enən, hər addımı kontrol edən “dərin Amerika” var.
Koronavirus bu günlərdə ən çox ABŞ-da təsirlidir. ABD-ın hər nöqtəsindəmi? Xeyr... Pulun, gücün olduğu şəhəri ələ keçirmiş vəziyyətdədir. Yəni New York City...
İqtisadiyyat çökdü, bir çox şirkət iflasla üz-üzədir. Bir də hər kəs Wall Street-dən danışarkən bunun qarşısında yerləşən küçədəki Amerikalını təmsil edən reel sektorun mərkəzi Main Street var! Dərin Amerika Main Streetdə güçlüdür... Məsələn, Boeing Main Streetdirsə, The Bank of New York Mellon Wall Streetdədir! Biri yerli Amerikalının belində yüksəlir, diğəri qlobalistdir. İrq aramaz! Daha da açıqlayarsaq Main Street ilə London mərkəzli Wall Street savaşıdır bu! Tarixdəki anlamı isə Şimal-Cənub savaşıdır! Çünki qlobal sərmayənin ana vətəni Londondur...
Tam bu nöqtədə adlar irəli çıxmağa başlayır! Dərin Amerika Wall Streetə sızdımı? Sıza bildisə bunu necə reallaşdırdı?
Koronavirus planını xəyal etmək, həyata keçirmək ve bacarmaq böyük bir ağıl gərəkdirir. Koronavirus planı tamamlanmadı, amma sanki yüzde 70-i bitdi... Buradakı önəmli ad George Sorosdur...
Bu günə qədər keçən müddətdə Dərin Amerikanın planı demək olar ki, qüsursuz işlədi. Amerikan Mərkəz Bankı, yəni FED 10 dolların 8-ini Wall Street-ə verdi. Etirazlar gəlsə də Dərin Amerika da bunu istəyirdi. Əvvəlcədən də hazırlıqları var idi. Bu plan yönündə heç güvənmədikləri, amma birlikdə çalışmağa başladıqları George Sorosu izləməyə aldılar. Addım-addım təqiblə Soros Londondan qopdu.
Donald Trampın Rusiyada olduğu günlərdə, bəzı toplantılarda Nana Meriwether da var idi. Trampın Rusiyadakı oliqarxlarla keçirdiyi toplantılarda da Nana Meriwether var idi. Kim idi Nana Meriwether?
Gözəl bir qadın necə hər toplantının içində ola bilirdi?
Köhnə dəftərlər açıldığı zaman Nana Meriwetherin George Sorosun oğlu Alex Sorosun sevgilisi olduğunu görürük. Ən azından Alex Soros belə düşündü. Onunla gələcək planları qururdu.
Əslində Sorosun oğlunun qoluna taxıb gəzdiyi Dərin Amerika idi! Dərin Amerika, Meriwetherdən istifadə edirdi. Bunun sayəsində bir yandan Trampın bütün kirli işlərini öyrənir, George- Alex Sorosu öz tərəfinə çəkir, digər tərəfdən Wall Street-ə sızma əməliyyatını işə salırdı. Rus oliqarx Araz Ağalarovun Sorosla yaxınlaşması, ardınca ondan üz döndərməsi önəmli idi. Araz Ağalarovun Trampla yaxın münasibətdə olması, Wall Street-dəki bir çox şirkətlə ortaqlıqlar qurması da medalyonun diğər üzüydü. Ağalarovun ABŞ-da əldə etdiyi razılaşmaların arxasında Trampın komandasının olması, Rusiyalı oliqarxı çok güclü bir şəxs edirdi.
Tramp prezident olduqdan sonra Dərin Amerika, Rusiya əməliyyatını başlatdı.
Trampın komandasında kim varsa Araz Ağalarov da daxil olmaqla hamısı qara siyahıya alındı. Tramp, Soros ilə çox yaxın idi. Bu gün Soros, Tramp düşmənidir. Məhz o günlərdə Soros, Tramp, Rusiyalı oliqarxlar birlikdə hərəkət edirdi. Putin, Sorosu hədəf alarkən, bəzı oliqarxlar Trampla birlikdə Sorosla eyni masada idi.
Eynilə Soros 2018-de Davosda "Tramp iqtidarını dünya üçün bir təhdid olaraq görürəm. Ancaq bu müvəqqəti fenomen 2020-də yox olacaq" ifadələrini işlədirdi.
Daha da keçmişə getsək Soros "Pulumla Buşu devirənə kimi mübarizə edəcəyəm" deyirdi...
Beləliklə Dərin Amerika, rus oliqarxlar, Tramp, Soros münasibətlərini ən incə xırdalığına qədər çözüb, Wall Streeti də öz içinə qapadırdı.
Bu gün neft əməliyyatlarını bilirik. Amerika şirkətləri də batdı. Ancaq əslində batan oliqarxlar rus oliqarxlar Trampla, Sorosla birlikdə gedən oliqarxlardır. Bir iddiaya görə Putin, qara siyahıdakı oliqarxları Dərin Amerikaya “qurban verdi”. Çünki 10 dollara enən xam neftin barreli sadəcə bir həftə içində 25 dollara düşdü.
Putinə kiçik bir təşəkkür...
Bəs Alex Soros ilə Nana Meriwether eşqinin sonu necə oldu?
Dərin Amerikanın qərar verdiyi gün Nana Meriwether, Alex Sorosdan ayrıldı. Kimsənin anlam verə bilmədiyi o qədər sirli münasibətlər var ki, artıq bu da dəyişəcək. Çünki dərin əlaqələr Dərin Amerikanın illər ərzində “qabığından çıxmamasını” təmin etdi. İndi artıq yeni iş adamları görəcəyik. Bir çox iş adamının xanımının da Dərin Amerika ilə bağlantılı olduğunu öyrənəcəyik.
Bunu anlayan iş adamları daha da güclənir, anlamayanlar isə iflas edir. Çox qəribə bir ad da var. Melinda Gates... Dallaslı kosmos mühəndisi Raymond Joseph Frenchin qızı. Bill Gatesin yoldaşı. Heç şübhəsiz ki, bu gün dünyanın ən güclü qadını. Trampdan belə daha güclü olduğu bir çox noqtə var.
Xanım Gates, Dərin Amerikaya yaxındır. Melindanın Bill Gateslə evlənməsi də təsadüf deyildi.
Hələ 20 yaşında kompyuter dərsləri verən Melinda, Bilderberg toplantılarında iştirak edirdi. Dərin Amerikanın Bilderbergə sızan cəsusu idi. Bir ticarət sərgisində Bill Gates ilə tanış olur. Sonra Microsoftda çalışır və Bill Gatesle evlənir. Bu hekayə gözəldir, amma inandırıcı deyil. Bill Gates ilə Melindanın evlənəcəyi illər əvvəl planlanmışdı. Bu gün dərin Amerika, koronavirus mövzusunda Melinda Gates ilə əməkdaşlıq edir.
Trampla bəzən üz-üzə gəlmələri təbiidir.
Melinda Gatesin addımlarını diqqətlə izləməliyik. O sıradan bir xeyriyyəçi deyil. Yeni Dünya Düzəni üçün çox vacib hissələri yerinə qoyan bir ağıl. Koronavirus mövzusunda da Gates ailəsi hər zaman öndədir. Amma medyaya baxıldığı zaman Gates-lərin “qlobal sərmayə” ilə yaxın olduğu görülür. Ancaq hadisələrin  inkişafı bunun əksini söyləməkdədir... Tramp da oliqarxları idarə edən ailələrə yaxın idi. İnid əks tərəflərdə qərar tutmuş görünürlər... Rolları tam olaraq anlaya bilmək üçün oyunun bitməsini gözləməkdən başqa çarə yoxdur. Hər kəs virusun ətrafında toplanmış vəziyyətdədir... Soros, Trampı yerdən yerə vursa da “Çinə qarşı sərt duruşuna” görə onu çox təqdir edirdi. Çin lideri Cinpingi eninə-boyuna tənqid edirdi. "Çağın lideri deyil. Diktator" deyirdi. Çin də Sorosu "Yuana savaş açan adam" adlandırırdı...
Avropa Birliyini dağıtmak üçün Sorosun ildə 1 milyon qaçqını Avropaya daşıdığı da ortada idi... Çin-İngiltərə- Rusiya-Ailələr-ABŞ bucağında müharibə... Dolayısı ilə 190 ölkə də bunun təsiri altındadır.

"Takvim", Ergün Diler

Комментариев нет:

Отправить комментарий