Страницы

15.06.2020

İlham Əliyevin çıxışına dair

İlham Əliyevin Cümhuriyyətə qarşı çıxışı sıradan bir bəyanət deyil. İlham Əliyev indiyə kimi bir neçə dəfə bu tarixi faktı dilə gətirib. Amma 1918-1920-ci illərin müsavat hökumətini cinayətkar adlandırmamışdı. Bu bəyanata hələ də yetərincə qiymət verməyib siyasi dairələr.
İlk növbədə prezident uzun müddətdir ki siyasi həyatında Məmməd Əmin Rəsulzadə üzərindən siyasətbazlıq yürüdən, onu və o vaxtın müsavat hökumətini ideallaşdıran neo-qərbçi sağ və liberal müxalifəti məhv etdi. Sözün əsl mənasında məhv etdi. Axı onlar özlərini o "cinayətkar rejimin" davamçısı kimi qələmə verirdilər. Onların reaksiyası gözlənilən idi: cığal uşaqlar kimi başladılar virtual üz cırmaqlamağa.
İ.Əliyevin bəyanatı sağ-liberal müxalifəti xəyal qırıqlığına uğratdı. Nə deyəcəklərini bilmirlər. Prezident bir kəlmə sözlə müstəqillik dövründə KİV-lərdən, ləyaqətsiz, şərəfsiz, satlıq tarixçilərin ağızlarından tökülən miqdarsız yalanları yaraladı. Sağ müxalifətin ən dinamik təşkilatı Real bəyanat verdi. Ərinmədim, oxudum. Boş, mənasız, ziddiyyətlərlə dolu bəyanat. Məsələn, deyirlər ki, biz o hökumətə minnətdar olmalıyıq, onlar gəlib Bakını “daşnak-bolşevik” işğalından azad ediblər. Bax bu 25 ildir yayılan yalanlardan biridir. Adama deyərlər, müsavat hökumətinin elə bir gücü var idisə, niyə elə Tiflisdən keçib İrəvanı daşnaklardan təmizləmədilər? Bax, soruşarlar onu adamdan. Keçərdilər, İrəvanı daşnaklardan təmizləyərdilər. Onun əvəzinə rəsman İrəvanı yeni yaranan Ermənistan ölkəsinin paytaxtı qəbul etdilər. Niyə? Çünki müsavat hökumətinin heç bir qüvvəsi yox idi, müstəqil hərəkət etmirdi. Bunu müsavat hökumətinə kömək edən Osmanlı istədi, Rusiya ilə öz arasında bir tampon bölgədə maraqlı idi. Osmanlı Bakını “daşnak-bolşevik” işğalından azad edincə, elə birinci İrəvandan təmizləyərdi daşnakları. Bu, daha məntiqli deyilmi? Söhbət ondan gedir ki, Osmanlı və onun müttəfiqi Almaniyaya Bakı, Bakı nefti lazım idi. Onları Bakını azad etmirdilər, işğal edirdilər.
Qıvrılmağa yer yoxdur, müsavat hökuməti İrəvan xanlığını ermənilərə verdi.

eco-socialistsofazerbaijan.blogspot.com

Комментариев нет:

Отправить комментарий