Страницы

27.08.2020

Sirlər açılır: YAP-ın ilk Siyasi Şurasında Ramiz Mehdiyev yox idi

“Ramiz Mehdiyev məni məhkəməyə verməsə, o zaman mən qanuni hüquqlarımdan istifadə edərək məhkəməyə müraciət edəcəm”.
yenisabah.az xəbər verir ki, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından sayılan Maksim Musayev deyib. Qocaman YAP-çı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin onu məhkəmə ilə hədələməsini anlaşılmaz addım hesab edir. “Mən başa düşmürəm bu niyə belə edir? Mən həqiqəti demişəm, amma o məni məhkəməyə verəcəyi ilə hədələyir. Üç gün vaxt vermişəm, buyursun məhkəməyə müraciət etsin. Səbrsizliklə gözləyirəm”, – deyə Maksim Musayev vurğulayıb.
O əlavə edib ki, Ramiz Mehdiyev onu məhkəməyə verəcəyi təqdirdə maraqlı açıqlamaları olacaq. “Amma mən düşünürəm ki, o sadəcə boş hay-küy salır. O boş boçkaları dığırladanda necə gurultulu səs edirsə, bu da o cürdür. Sadəcə guya camaatı imtahan edir”, – deyə qocaman YAP-çı əlavə edib.
Maksim Musayev AMEA prezidentinin özünü mərhum dövlət başçısı Heydər Əliyevin silahdaşı kimi təqdim etməsinə də münasibət bildirib: “Biz o vaxt partiya yaradanda bu adam ortada yox idi. Mən o dövrlərdən danışıram ki, onda hələ yaradacağımız partiyanın adı belə müəyyənləşməmişdi. Eləcə Heydər Əliyevin partiyası deyirdik. Bax, həmin vaxt bu Ramiz Mehdiyev partiyaya qoşulmadı, əksinə onun yaranmasına altdan-altdan mane olmağa çalışdı. Ümumiyyətlə, o, həmişə altdan-altdan işini görüb. Mənə həmin vaxt bir hörmətli şəxs zəng vurdu. Adını çəkməyəcəm. Dedi get Ramiz Mehdyevlə görüş, ona de ki partiyanın yaranmasına mane olmasın, aləmi qarışdırmasın, əksinə təşkilata gəlsin. Mən onunla Şəhidlər Xiyabanı tərəfdə görüşdüm. Bir az da qorxaq adamdır, tez-tez ora-bura baxırdı. Dedim ki, qorxma. Nə isə mənə deyilənləri ona çatdırdım, amma nə qədər elədimsə, partiyaya qoşulmaqdan imtina etdi. Bir ay keçdi, yenə zəng vurub dedilər ki, get onu başa sal. Beləliklə, mən onunla iki dəfə görüşdüm, amma razı sala bilmədim. Sonra necə gəldi partiyaya, heç bilmədik. Təsəvvür edin, YAP-ın ilk Siyasi Şurasının 51 nəfər üzvü olub. 90-cu illərin sonuna qədər həmin heyət qalıb. Sonra Ramiz Mehdiyev yeni siyahı təqdim etdi. İndi baxıram Siyasi Şuranın 80 nəfər üzvü var. Bu 80 nəfərin çoxu vaxtilə bizim əleyhimizə işləyənlərdi. Açıq-açığına bizimlə mübarizə aparırdılar. Adlarını çəkmək istəmirəm, çünki hazırda onlar çox böyük vəzifələr tutublar, çox böyük var-dövlət sahibidirlər. Eyni zamanda baxıram indiki Siyasi Şuranın üzvləri arasında qohumlar da var. Bunun hamısının siyahısını tutan Ramiz Mehdiyev olub. Ramiz Mehdiyevin özü də Siyasi Şuranın üzv idi. Buna sual vermək lazımdır ki, bəs biz partiyanı yaradanda sən harada idin?”

Комментариев нет:

Отправить комментарий