Страницы

24.11.2020

Bıçaqla Şuşanı alan oğlanlara eşq olsun!

Kəşfiyyatçı qazimiz Alik Məmmədovun dediklərindəndir. Oxuyun, elə bil filmə baxırsan.

Şuşaya qayalarla kanatla qalxdıq. Yarım metr qarda. 14 saat kəşfiyyatdan sonra. 400 nəfər o dağı dırmaşmalı idi.
Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni döyüşçüsünün şəhərin biz hücum edən tərəfində olduğu məlumatını əldə eləmişdik. 
Ən az məhz bu tərəfdə idi. O biri mövqeylərdə ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim qayadan yox, normal yollardan hücum edəcəyimizi gözləyirdilər.
Kimsənin ağlına gətirməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük.
Generalımız Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb biçilmişdi. 
Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm, 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı.
Onların arasına düşən panika belə General tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. 
Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan öz əsgərlərini vururdular. Çünki onların formasında biz də ola bilərdik.
Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər.
Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Hətta videolar da yayılıb.

Комментариев нет:

Отправить комментарий