Страницы

24.11.2020

Bütöv Azərbaycan, yoxsa həqiqi islamla düşmənçilik?

Mövzuya keçməmişdən əvvəl bunu qeyd edək ki, biz Səfəvi imperiyasına daxil olan siyahıdakı ölkələrdən biriyik. Bugün Səfəvi kimi digər imperiyaların hamısı dağılıb, ölkələr öz beynəlxalq sərhədlərini müəyyən edib, bu sərhədlərin qorunması üçün müəyyən öhdəliklər götürüb və kimsə başqa ölkənin sərhədlərini poza bilməz! Yəni 16-cı əsrdə yaşamırıq...
***
İndi isə gəlin “Qərib cinlər diyarında” filmindəki cinlərin yaşadığı diyara səfər edək və onların düşüncələri ilə tanış olaraq, nə istədiklərini anlamağa çalışaq...
Əvvəlcə bu aləmin bəzi qaydaları ilə tanış olaq;
1.Bu aləmdə heç bir təfəkkür və intellektə malik olmamaq ilk şərtdir.
2.Siyasi dartışmalarda özünü mağarada imişsən kimi aparmalısan.
3.Sənin kimi düşünməyən hər kəs ermənidir.
4.Burda zibil atmağa getdiyin yol belə Təbrizdən keçir.
5.Nəinki özünü, hətta yazılarını belə Türkiyəyə buraxmayan Atatürk burda Rəsulzadə ilə bütün şəkillərdə birlikdədir.
6.Burda türk olub olmamaq mühüm deyil, əsas türkəm deməkdir. Çünki bu aləmin şüarının özü belə “nə mutlu türk olana” deyil, “nə mutlu türkəm deyənə”dir!
7.Burda bütün söhbətlər “canavar yeganə heyvandır ki...” cümləsi ilə başlayır.
8.Bu aləmdə ariyan farslarla hay ermənilər eyni irqdən hesab olunur.
9.Burda vətənpərvərliyin ilk şərti həyatın boyu görmədiyin farsları söyməkdir.
10.Bu aləmdə istənilən bir adamın şəkilini “həbs edilən güneyli soydaşımız” kimi paylaşa bilərsən.
11.Burda ümumbəşəri islam ərəbin dinidir, monqollara xas olan şamanizm, tenqrizm isə milli din hesab olunur.
12.Soyadın nə formada olursa olsun sonuna “soy” hissəciyi artırmalısan.
13.Kiməsə xitab edərkən bəy, son qəbul edilən qaydalara əsasən “paşa” demək vacibdir.
14.Ordumuzun istifadə etdiyi “aypara əməliyyatına” “hilal taktiği” deməsən fars tulası sayıla bilərsən.
15.Bayramlarda əsla kiməsə mübarək sözündən istifadə edərək təbrik yaza bilməzsən, “qutlu olsun” deməlisən.
16.Mənasını başa düşmədiyin hərfləri yazaraq bu bizim “əsgi əlifbamızdır” deməlisən. Əsgi əvəzinə qədim sözünü işlətmək qadağandır, baxmayaraq ki əsgi Azərbaycan dilində “tryapka” və digər daha murdal mənalar verir.
17.İran barədə istənilən paylaşımın altına “40 milyon soydaşımız ana dilində təhsildən məhrumdur” yazmalısan. Amma öz ölkəndə ana dilində təhsil tələb edən hər kəs sənin üçün vətən xainidir.
18.Bu aləmdə bütün kürdlərə “PKK terrorçusu” yaxud “Barzani çocuğu” deməlisən.
19.İranda asılan, həbs edilən istənilən bir kəs sənin “güneyli soydaşın”, sərhəddən narkotika keçirərkən həbs olunanlar isə “iranlı”dır!
20.İranda türkcə təhsil latın hərfləri ilə keçirilmədiyi üçün “ana dilində təhsil” hesab olunmur. Latın hərfləri ilə türk dilinin heç bir əlaqəsi olmasa belə...
***
İndi isə bu cinlər diyarında yaşayan ultra patriotların istəkləri ilə tanış olaq. Bu dırnaqarası vətənpərvərlər Böyük Azərbaycan desələr də İrandan savayı heç bir ölkəyə ərazi iddiası etmirlər. Məsələn, hər birimiz bilirik ki, Qars, İğdır, Diyarbəkir vaxtilə Səfəvilərin olub və Osmanlı tərəfindən işğal edilib, amma bu patriotcuqlar həmin ərazilərin adını çəkənlərə belə xain gözü ilə baxırlar. Əlbəttə ki, bunların kiməsə olan baxışı heç bir əhəmiyyət kəsb eləmir. Bu bədbəxtlər dünya şöhrətli porno ulduz Mia Khalifaya güneyli soydaşımız deyib bacı gözü ilə baxan adamlardır.
Biz sadəcə onların manqurtlaşdırılaraq nə hala salındıqlarını izah etməyə çalışırıq.
Onların yalnız İrana ərazi iddiası etməsi onu göstərir ki, əsas dərdləri Azərbaycan, vətən yox- İrandır...
İndi maraqlı bir sual ortaya çıxır. Bəs İranda İslam İnqilabı olmamışdan əvvəl niyə o ərazilərə torpaq iddiası edən və “Bütöv Azərbaycan” quran yox idi?!..
Demək ki, problem İranla da deyil. İranın adının kənarındakı İslam kəlməsi ilədir.
Bir sual daha ortaya çıxır: Hansı İslam?!..
Axı Pakistan da İslam ölkəsidir və bu super-ultra patriotların düşüncələrinə əsasən torpaqlarımızı işğal edib. Niyə Pakistana ərazi iddiası edən yoxdur?!.. Əksinə hər tərəfi bu meqa-super-ultra patriotlar Pakistan bayrağı ilə bəzəyiblər.
Deməli düşmənçilik sadə islamla da yox, həqiqi və kamil islamladır...

"Sürü Psixologiyası" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий