Страницы

11.12.2020

Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin:

-Azərbaycanın bəxti onda gətirdi ki, ölkənin belə bir çətin vaxtında ona İlham Əliyev kimi təcrübəli siyasətçi rəhbərlik etdi. İlham Əliyev heç bir suverenliyi olmayan dövlətə rəhbər gətirilmişdi. O çox böyük çətinliklər çəkdi, əlləşdi ki, öz dövlətinin, öz xalqının qlobal güclər tərəfindən məhv edilməsinə imkan verməsin. Ona seçim yolu saxlamamışdılar, tələb edirdilər ki, Qarabağ problemi müharibə yolu ilə həll edilməlidir. Müharibə yolu ilə həll isə Azərbaycanın sonu, məhv edilməsi demək idi. Çünki qlobal güclər müharibənin gedişində müdaxilə edib, özlərinin Böyük Ermənistan, Qlobal Vatikan planlarını həyata keçirəcəkdilər. Onlar bu müharibədə qələbəni yeni yəhudilər- iki nömrəli yəhudilər hesab etdikləri ermənilərə qazandıracaqdılar. Ancaq o ermənilərə yox ki, Ermənistanda yaşayırlar- o ermənilərə ki, onlar Qərb mədəniyyətinə oturuşmuşlar. Hansılar ki öz erməni mədəniyyətlərini nisbi olaraq saxlamışlar, əslində isə onlara Qərb mədəniyyəti hopmuşdur. Azərbaycanın yerli əhalidən boşaldılmış rayonlarına Qərb məhz həmin erməniləri yerləşdirmək niyyətindəydi.

Комментариев нет:

Отправить комментарий