Страницы

11.12.2020

 

Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin:

-Müharibənin uzanması hər iki xalqın qırılmasına səbəb olacaqdı, heç bir tərəfə qələbə çalmağa imkan verməyəcəkdilər. Lakin Rusiya qlobalçıların məkrli planlarını alt-üst etdi. İŞİD-i regiona niyə gətirmək istəyirdilər? Təkcə erməniləri qırmaqçünmü? Xeyr, İŞİD erməniləri qırandan sonra silahı azərbaycanlılara qarşı çevirəcəkdi, Suriyadakı kimi burda da baş kəsəcəkdi. Bu ərazilər qlobalçıların iki nömrəli yəhudilər saydıqları Qərb ermənilərinin yerləşdirilməsi üçün yerli xalqlardan boşaldılmalı idi. İlham Əliyev bacarıqlı siyasətçi kimi çətin manevrlər edərək bu təhlükələrin qarşısını ala bildi. Sübut etdi ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun layiqli məzunudur. Bəli, o güclü diplomatdır, güclü dövlət xadimidir. O heç bir manevr şansı olmadığı şəraitlərdə də manevr edə bildi. Azərbaycanın imkanlarını qəsdən qabaqcadan hazır ssenariyə calamışdılar ki, müharibə başlayacağı təqdirdə Azərbaycan qaniçən kimi göstərilsin və qlobal güclər öz niyyətlərini asanlıqla həyata keçirsinlər. Bəli, Azərbaycan Ermənistanı əzə bilərdi, amma belə olan halda beynəlxalq ictimaiyyət hay-küy qaldıracaqdı ki, Türkiyə kimi Azərbaycan da ermənilərə qarşı genosid həyata keçirdi. Qərb dünyası Azərbaycanın üstünə düşəcəkdi və Azərbaycanın bir dövlət kimi varlığına son qoyulacaqdı. Qlobalçıların məkrli planı alt-üst oldu.

Комментариев нет:

Отправить комментарий