Страницы

11.12.2020

Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin:

-Hər iki tərəf qələbə çalacaqlarına güvənməsinlər, çünki nə qədər böyük potensiala malik olsalar da, bu potensial tez bir zamanda məhv ediləcəkdi. Erməni xalqı başa düşməlidir ki, Azərbaycan məhv olarsa, ardınca Ermənistan da məhv olacaq. Bu müharibədə heç bir uduş yoxdur. Dünyada konfliklərin həll olunmasının iki yolu vardır. Biri Bibliya yoludur ki, iki döyüşən tərəf üz-üzə gəlir, biri qalib olur, o biri yoxa çıxır. İkinci həll yolu isə Rus üsuludur ki, bütün xalqlar bir dövlətə yığışır və sülh yolu ilə inkişafa doğru gedirlər. Əgər xalqlar dövlət sərhədləri ilə bölünürsə, bu daha ciddi konfliktlərə yol açır. Qərb hər yerdə konfliktlər yaradıb və bu konfliktlərdən məharətlə istifadə edir. Xalqlar bundan canlarını qurtara bilməyəcəklər. Baxın hər yerdə konfliktlər var. Çıxış yolu birdir: unitar dövlət ideyasına qayıtmaq. Stalinin SSRİ-ni bu yola çıxarmağa ömrü çatmadı. Ondan sonra hakimiyyətə gələn trotskistlər isə bütün milli konfliktləri yenidən gərginləşdirməyə çalışdılar, gələcək konfliktlər üçün özül yaratdılar. Qəsdən respublikalarda özünü başqalarından üstün görən millətçi elitalar formalaşdırıldı. Bu trotskistlərin köhnə məkrli planı idi ki, yenidənqurma vaxtı faciələrə gətirib çıxardı. Unitar dövlətdə ayrı-ayrı respublikalar yox, milli-mədəni avtonomiyalar olur ki, hər bir xalqa tarixən öz yaşadığı ərazidə yaşamaq imkanı verir və başqa xalqın torpağına göz dikməyə qoymur. Unitar dövlət bütün xalqlarla sülh və razılıq içində birgə yaşamağa, eyni zamanda öz mədəniyyətini inkişaf etdirməyə şərait yaradır. Azərbaycan şəhəri olan Yerevanda nəyə görə Azərbaycan mərkəzləri olmamalıdır? Nə qədər ki Ermənistan dövlət formasında hökm sürür, orda nəinki belə mərkəzlər olmayacaq, əksinə islam mədəniyyətinin bütün izlərini silməyə çalışacaqlar. Əks təqdirdə ermənilərin tarixən burda yaşamasını yeritmək mümkün olmaz. Axı ermənilərin Ararat dağı da heç indiki Ermənistanda yerləşmir, Türkiyə ərazisində yerləşir. Unitar dövlətdə respublikalar yox, miili-mədəni avtonomiyalar olsaydı, belə hallar meydana çıxmazdı. Ermənilərin də Qarabağda yaşadıqları rayonlarda öz milli-mədəni mərkəzləri olardı. Xalqlar arasında sülh, fərqli münasibətlər səviyyəsi yaranardı, hamının eyni vahid çiçəklənən dövləti olardı.

Комментариев нет:

Отправить комментарий