Страницы

03.03.2021

Niyə qonşulardan 8 dəfə baha uçuruq? – AZAL-a ETİRAZ

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişindaşıma qiymətlərinin pandemiya dövründə yüksəlməsi müşahidə edilir.
Əvvəllər də AZAL-la uçuş baha başa gəlirdi. Lakin xaricə uçuş imkanı əldə edən sərnişinlərin verdiyi məlumata görə pandemiya dövründə qiymətlər bir qədər də arıtırılıb. Məsələn, Gürcüstandan İstanbula uçuş 110 manat olduğu halda Azərbaycandan uçuş 800 manatdır. Pandemiya ilə əlaqədar AZAL-ın qiymətləri 50 faizdən çox qaldırdığı bildirilir.
AZAL-ın sərnişindaşıma xidmətlərinin çox baha olması faktına dəfələrlə toxunulub.
Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov sfera.az-a açıqlamasında qeyd edib ki, AZAL-ın göstərdiyi xidmətlərin dəyərinin kəskin fərqlənməsinin əsas səbəbi ölkəmizdə aşağı büdcəli aviaşirkətlərin fəaliyyəti üçün lazımı şəraitin yaradılmamasıdır.
Onun fikrincə, əgər aşağı büdcəli aviaşirkətlərin sayı çox olarsa, rəqabət mühiti yaranar və nəticədə qiymətlər enər: “Loukoster, yəni aşağı qiymətə xidmət göstərən şirkətlərə şərait yaradılarsa, ucuzlaşma aşkar görünər. Dünyada OnurAir, Pegasus, Pobeda, WizzAir kimi hava yollarının timsalında ucuz xidmətləri görmək olar. Hazırda dünyada olan bütün uçuşların 40 faizini, Cənub-Şərqi Asiyada 50 faizdən çoxunu, Şimali Amerika və Avropada 30 faizdən çoxunu loukost hava yolları şirkətləri yerinə yetirir. Məlumdur ki, ölkəmizdə mütəmadi reysləri AZAL həyata keçirir və özünün monopolist mövqeyini maksimum dərəcədə qorumağa çalışır. Bütün şirkətlər üçün sərnişindaşımanı müntəzəm həyata keçirmək imkanı yaradılarsa, o halda rəqabət mühiti formalaşa bilər”.

Комментариев нет:

Отправить комментарий