Страницы

03.03.2021

Qardaş olub Hayastan-Azərbaycan

MKİ, Mİ-6, Mossat, Ararat
Gözəldir bu həyat
Qardaş olub Hayastan-Azərbaycan
Ürəkdən ürəyə (ABŞ səfirliyinin pəncərəsi vasitəsilə) yollar açılır

Sərdar Cəlaloğlu: «Rusiya sülhməramlıları Qarabağa bizi qırmaq üçün gəliblər».
Aleksandr Kananyan: «Rusiya sülhməramlıları Qarabağa bizi qırmaq üçün gəliblər».
***
Qüdrət Həsənquliyev: «Azərbaycan tərəfi ciddi şəkildə Rusiyanın Ali Hərbi Məktəblərində təhsil alan şəxslərlə bağlı araşdırmalara başlamalıdır».
Armen Sarkisyan: «Ermənistan hökuməti Rusiya Ali Hərbi Məktəblərində təhsil alan şəxslərlə bağlı araşdırmalar aparmalıdır».
***
Qüdrət Həsənquliyev: «Azərbaycanda Rusiya telekanallarının yayımı dayandırılmalıdır».
Tiqran Akopyan: «Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılmalıdır».
***
Gültəkin Hacıbəyli: «Rusiya ən yaxşı silahlarını Ermənistana verir».
Narine Mkrtçyan: «Rusiya ən yaxşı silahlarını Azərbaycana verir».
***
Zaur Əliyev: «Rusiyaya sifariş edilən silahlar münaqişənin həllində heç bir ciddi rol oynamırlar. Hər kəsə bəllidir ki, işğalçı Ermənistanın regionda ən böyük dəstəkçisi Rusiyadır».
Tevos Arşakyan: «Rusiyanın bizə verdiyi köhnə silahlar müdafiəmizin təşkilində heç bir rol oynamırlar. Artıq hamıya məlumdur ki, təcavüzkar Azərbaycanın regionda ən böyük dəstəkçisi Rusiyadır».
***
Zaur Əliyev: «Şoyqu unudur ki, Azərbaycan daha 1990-cı illərin dövləti deyil. Azərbaycan nə Gürcüstan, nə də Ukraynadır ki, ora hərbi müdaxilə edə bilsin».
Tevos Arşakyan: «Şoyqu untmamalıdır ki, indi 90-cı illər deyil, Ermənistan müstəqil və güclü dövlətdir. Rusiya Gürcüstan və Ukrayna kimi Ermənistana hərbi müdaxilə edə bilməz».
***
Nəsimi Məmmədli: «Rusiya Azərbaycana satdığı silahın daha artığını Ermənistana hədiyyə edir. Hətta bir çox hərbi ekspertlər iddia edir ki, Rusiya daim Azərbaycana köhnə və istifadə imkanları şübhəli olan silahlar satıb».
Ruben Meqrabyan: «Rusiya Ermənistana verdiyi silahlardan on qat artığını Azərbaycana verir. Hərbi ekspertlər də təsdiq edirlər ki, Rusiyanın Ermənistana verdiyi silahlar köhnə və istifadəyə yararsızdır».
***
Qüdrət Həsənquliyev: «Biz cəbhə bölgəsində sakitliyin yaranmasına imkan verməməliyik».
Aleksandr Kananyan: «Biz cəbhə bölgəsində sakitliyin yaranmasına imkan verməməliyik».
***
Gültəkin Hacıbəyli: «Rusiya məhv olmalıdır».
Naira Ayrumyan: «Rusiyanın məhvi bizimçün vacibdir».
***
İsa Qəmbər: «Azərbaycanda rus dilində təhsil qadağan olunmalıdır. Gənclərimizi ingilis dilini öyrənməyə təşviq etməliyik».
Qrant Vardanyan: «Ermənistanda rus dilində təhsil qadağan olunmalıdır. Gənclərimizə ingilis dilini öyrətməliyik».
***
Fazil Mustafa: «Müstəqilliyimiz üçün ən ciddi təhlükə Rusiya-İran birliyidir». 
Paruyr Ayrikyan: «Müstəqilliyimizə ən böyük təhlükə Rusiya-Türkiyə birliyidir».
***
Zaur Əliyev: «Rusiyanın ənənəvi imperiya siyasətinin qarşısını almaq lazımdır».
Suren Saakyan: «Rusiyanın çoxəsrlik imperiya siyasətinin qarşısını almaq lazımdır».
***
Əli Həsənov: «Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin tarixi daha qədimə gedib çıxır». 
Armen Sarkisyan: «Ermənistanla Böyük Britaniya arasında əlaqələr tarixi köklərə malikdir».
***
Sərdar Cəlaloğlu: «Rusiyaya xidmət edən məmurlar düşmənə xidmət edirlər».
Paruyr Ayrikyan: «Rusiyaya xidmət edən məmurlar erməni xalqının düşmənləridir».
***
Ərəstun Oruclu: «Rusiyanın regionda güclənməsi istənilən halda Azərbaycan üçün təhlükədir».
Qrant Vardanyan: «Rusiyanın güclənməsi Ermənistan üçün ən böyük təhlükədir».
***
Faiq Ələkbərli: «Rusiya Azərbaycan üçün bir təhlükə mənbəyi olaraq qalır».
Karen Aqekyan: «Rusiya Ermənistan üçün əsas təhlükə mənbəyidir».
***
Sərdar Cəlaloğlu: «Azərbaycan, Ermənistan və Orta Asiya ölkələri siyasi cəhətdən Rusiya imperiyasının sərhədlərindən çıxmayıb».
Tiqran Xzmalyan: «Ermənistan, Azərbaycan və digər GÜAM ölkələri hələ də siyasi cəhətdən Rusiya imperiyasının sərhədlərindədir».
***
Qüdrət Həsənquliyev: «NATO Parlament Assambleyasının toplantısında Moskvanın aqressiv siyasətini, Rusiyanın NATO və dünya üçün yaratdığı təhlükəni, Rusiyanın cilovlanması yollarını müzakirə etdik».
Tevan Poqosyan: «NATO Parlament Assambleyasının konfransında Kremlin aqressiv siyasətindən, Rusiyanın mütərəqqi dünya üçün yaratdığı təhlükədən danışdım».
***
Nəsimi Məmmədli: «Münaqişənin nizamlanması mandatı ATƏT-in əlindədir. Qarabağ danışıqlarında ölkəmizin təməl haqqını və maraqlarını Rusiya ilə münasibətlər qoruya bilməz».
Qaqik Abramyan: «Qarabağ münaqişəsində Rusiya bizim yox, Azərbaycanın maraqlarını qoruyur. Münaqişənin nizamlanmasını ATƏT-in Minsk qrupu həyata keçirməlidir».
***
Elman Cəfərli: «Krım müstəqil xanlıq kimi Rusiya imperiyası tərəfindən ilhaq edilib. Rusiyanın Krımı işğal etməsi kobud, qaba, heyvərə hərəkətdir. Beynəlxalq qanunlara tüpürməkdir. Biz Gürcüstan, Ukrayna kimi haqqı tapdanmış dövlətik. Və heyvərə Putin hökumətini deyil, Ukrayna və Gürcüstanı müdafiə etməliyik». 
Daniel İonesyan: «Krım Rusiya tərəfindən işğal edilib. Rusiyanın Krımı işğal etməsi beynəlxalq qanunları ayaq altına atıb tapdalamaq deməkdir. Rusiya Ukrayna və Gürcüstan kimi Ermənistanın da hüquqlarını tapdalamışdır».
***
Sülhəddin Əkbər: «Rusiyanın Azərbaycandakı «beşinci kolon»u müasir demokratik dövlətin yaranmasında maraqlı deyillər».
Levon Şirinyan: «Rusiyanın Ermənistandakı «beşinci kolonu» ölkənin tam demokratikləşməsinə imkan vermir».
***
Fazil Mustafa: «Xəritəmizin küncünə ABŞ və ya Böyük Britaniya möhürünü vurmadığından, hələ ki, ərazimizin mübahisə mövzusuna çevrilmə təhlükəsi uzun illər qalacaqdır».
Andrias Qukasyan: «Ermənistan NATO-ya üzv olmadan Rusiya tərəfindən işğal təhlükəsi daim qalacaqdır».
***
Qüdrət Həsənquliyev: «Rusiyanın Ermənistandakı daim inkişaf edən hərbi bazaları bizim üçün böyük təhdidə çevrilib».
Levon Barseqyan: «Rusiyanın Ermənistandakı hərbi bazaları bizim üçün böyük təhlükəyə çevrilib».
***
Zahid Oruc: «Rusiyaya açıq nota verilməlidir».
Levon Ayvazyan: «Ermənistan Rusiyaya nota göndərməlidir».
***
Aydın Mirzəzadə: «Rusiyaya nota göndərmək lazımdır».
Ervand Bozoyan: «Ölkəmiz Rusiyaya nota verməlidir».
***
Fərəc Quliyev: «Biz 90-cı illərin əvvəllərində Qarabağda vuruşanda da bilirdik ki, bizimlə döyüşən ermənilər yox, ruslardı». 
Paruyr Ayrikyan: «90-cı illərdə Qarabağda vuruşanda yaxşı bilirdik ki, azərbaycanlıları silahlandırıb üstümüzə göndərən ruslardır».
***
Qabil Hüseynli: «Rusiya Ermənistanı yüksək texnologiyalı silahlarla təmin edir».
Ruben Meqrabyan: «Rusiya Azərbaycana yüksək texnologiyalı silahlar verir, Ermənistana bu cür silahlar təklif edilmir».
***
Qabil Hüseynli: «Rusiyanın niyyəti baş tutarsa, Qarabağ bütünlüklə əldən gedə bilər».
Manvel Sarkisyan: «Rusiyanın istəyi həyata keçərsə, Qarabağ bütünlüklə əlimizdən çıxa bilər».
***
İqbal Ağazadə: «Azərbaycan da Ukraynadan sonra Avrasiya İttifaqından birmənalı imtina edəcək. Amma Ukraynaya, Moldovaya, Azərbaycana, Gürcüstana Rusiyanın təzyiqləri artacaq».
Tiqran Xzmalyan: «Ermənistan Ukraynadan sonra Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Tezliklə öz imperiya ambisiyalarını həyata keçirmək üçün Rusiya Ukraynaya, Moldovaya, Gürcüstana və Ermənistana təzyiqləri artıracaq».
***
İqbal Ağazadə: «Azərbaycan da Ukraynadan sonra Avrasiya İttifaqından birmənalı imtina edəcək. Amma Ukraynaya, Moldovaya, Azərbaycana, Gürcüstana Rusiyanın təzyiqləri artacaq».
Tiqran Xzmalyan: «Ermənistan Ukraynadan sonra Avrasiya İqtisadi İttifaqından imtina etməlidir. Tezliklə öz imperiya ambisiyalarını həyata keçirmək üçün Rusiya Ukraynaya, Moldovaya, Gürcüstana və Ermənistana təzyiqləri artıracaq».
***
Elxan Şahinoğlu: «Rusiya Qarabağ münaqişəsində Ermənistanın tərəfini tutur».
David Sanasaryan: «Rusiya Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutur».
***
Aqil Camal: «Bizim yaddaşımızda «Rusiya» və «İran» sinonim sözlərdi. Biz onları 200 ildir ki, qoşa görür, qoşa duyuruq. Azərbaycan adlı bir məmləkətin və xalqın iki hissəyə bölünməsinə imza atıblar onlar».
Andrias Qukasyan: «Bizimçün Rusiya, ya Türkiyə olsun, heç bir fərqi yoxdur, hər ikisi düşməndir və Böyük Ermənistanın bölünməsinə imza atıblar».
***
Elman Cəfərli: «Rus dili xarici dildir və statusuna uyğun da qalmalıdır. Azərbaycanda rusdilli məktəblərdənsə, türkdilli məktəblərin fəaliyyəti lazımdır».
Qrant Vardanyan: «Rus dili xarici dildir və xarici dil statusunda da saxlanmalıdır. Ermənistanda rusdilli məktəblərdənsə, fransızdilli məktəblər açmaq lazımdır».
***
Fərəc Quliyev: «Rusiyadan vasitəçi olmaz. Vasitəçiliyi Minsk qrupu etməlidir».
Manvel Sarkisyan: «Hamıya məlumdur ki, münaqişənin həllində Rusiyaya güvənmək olmaz. Vasitəçiliyi ATƏT-in Minsk qrupu aparmalıdır».
****
Qüdrət Həsənquliyev: «Nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz. Rusiyaya Milli Məclis olaraq müraciət etməliyik ki, sən bizdən nə istəyirsən?»
Qaqik Ambaryan: «Rusiyadan bizə nə vasitəçi, nə də strateji tərəfdaş olmaz. Biz Rusiyaya nota verməliyik».
***
Qüdrət Həsənquliyev: «Təkcə Ermənistan hərbçiləri yox, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır».
Tevos Arşakyan: «Bu gün biz təkcə Azərbaycan hərbçiləri ilə deyil, onlara dəstək verən Rusiya hərbçiləri ilə də üz-üzəyik».
***
Qüdrət Həsənquliyev: «Rusiya Ermənistanı dəstəkləyir. Azərbaycan dövləti daha sərt və qətiyyətli şəkildə öz sözünü deməlidir».
Ruben Meqrabyan: «Rusiya Azərbaycana dəstək verir. Ermənistan hökuməti Rusiyaya öz etirazını bildirməlidir».
***
Elxan Şahinoğlu: «İnanıram ki, ABŞ Rusiyanı Krımdan qovub çıxardacaq».
Daniel İonesyan: «Tezliklə ABŞ Rusiyanı Krımdan qovub çıxaracaq».
***
Elxan Şahinoğlu: «Rusiya təhlükəli qonşudur».
Paruyr Ayrikyan: «Bizimçün ən böyük təhlükə mənbəyi Rusiyadır».
***
Akif Nağı: «Azərbaycan Rusiyanın vasitəçiliyindən imtina etməlidir. Ruslar bu münaqişədə Ermənistanın tərəfindədirlər».
Tiqran Xzmalyan: «Ermənistan Rusiyanın vasitəçiliyindən imtina etməlidir. Rusiya bu münaqişədə Azərbaycanın tərəfini tutur».
***
Heydər Oğuz: «Rusiya bir tərəfdən bölgələrdə yaratdığı konfliktlərlə keçmiş müstəmləkələri üzərində zorakı basqılar qurur, digər tərəfdən isə həmin ərazilərdə öz mədəniyyətini yaymağa, dilini qorumağa can atır».
Levon Şirinyan: «Rusiya kolonial siyasət yürüdərək postsovet ölkələrini ələ keçirmək istəyir, həm də bu ölkələrdə öz mədəniyyətini yaymağa, dilini təbliğ etməyə çalışır».
***
Bəxtiyar Hacıyev: «Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməli olacağıq yəqin. Artıq Rusiyaya bağlı, Rusiya tərəfindən idarə edilən rəsmi şəxslər açıq fəaliyyətə keçiblər».
Paruyr Ayrikyan: «Biz Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim qarşısında qalmışıq. Rusiyanın ölkəmizdəki beşinci kolonu bizi yenidən müstəmləkəyə çevirmək üçün açıq fəaliyyətə başlayıb».
***
Rəşad Məcid: «Rusiya ambisiyaları olan, Azərbaycanın müstəqilliyini istəməyən, bununla barışmayan, qısqanan, hər fürsətdə badalaq vurmağa çalışan, ona hələ də öz müstəmləkəsi tək baxan bir dövlətdir. Bunu kim bilmir ki?»
Tevos Arşakyan: «Rusiya Ermənistanın müstəqilliyini istəməyən, hər fürsətdə Azərbaycana dəstək verərək bizə zərbə vurmağa çalışan aqressor dövlətdir. Ermənistanda bunu uşaqdan böyüyə kimi hamı bilir».
***
Aqil Camal: «Rusiyanın nəinki Ukraynanı, postsovet məkanını, hətta dünyanı işğal edə biləcəyi ilə bağlı illüziyalar ortaya atılır. Və bu işə Azərbaycanda da rəvac verən Rusiya sevdalıları var».
Tiqran Xzmalyan: «Rusiya nəinki Ukraynanı, bütün postsovet məkanını ələ keçirmək üçün planlar qurur. Rusiyanın Ermənistandakı beşinci kolonu bu işi həyata keçirmək üçün tapşırıq alıblar».
***
Asim Mollazadə: «Hesab edirik ki, beynəlxalq ictimaiyyət, o cümlədən də Azərbaycan Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq cəhdlərinə qarşı etiraz səsini qaldırmalıdır. Ukraynanın bölünməsi cəhdlərini qətiyyətlə pisləyir, Ukrayna xalqının Avropaya inteqrasiya seçimini dəstəkləyirik».
Tiqran Xzmalyan: «Beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Rusiyanın Ukraynanı bölmək cəhdlərinə etinasız qalmamalıdır. Biz bunu qətiyyətlə pisləyir, Ukrayna xalqının Avropaya inteqrasiya istəyini dəstəkləyirik».
***
Qüdrət Həsənquliyev: «Mən sizə səmimi şəkildə deyim ki, Rusiyanın indiki rəhbərliyi bu düşüncədədir ki, Azərbaycanı daim basqı altında saxlamaq lazımdır».
Ruben Meqrabyan: «Rusiya rəhbərliyi bu fikirdədir ki, Ermənistan daim təzyiq altında olmalıdır».
***
Qüdrət Həsənquliyev: «Əgər Rusiya ilə aparılan danışıqlar fayda verməzsə, Azərbaycan MDB-dən çıxmaq haqqında düşünməlidir».
Qaqik Abramyan: «Rusiya ilə danışıqların nəticəsi olmasa, Ermənistan KTMT-dən çıxmaq barədə düşünməlidir».
***
İsa Qəmbər: «Ölkəmizdə Moskvanın əlində alət olan şəbəkə var və kifayət qədər böyükdür».
Tevos Akşakyan: «Ermənistanda Kremlin əlində alət olan böyük bir şəbəkə fəaliyyət göstərir».
***
Sərdar Cəlaloğlu: «Rus dilinin inkişaf etdirilməsinin yeganə məqsədi Azərbaycan xalqını yenidən Rusiyanın əsarəti altına, mənəvi kölə vəziyyətinə salmaqdır».
Levon Şirinyan: «Rus dilinin təbliğinin əsas məqsədi Ermənistanı yenidən Rusiyanın əsarəti altına salmaqdır».
***
Faiq Ələkbərli: «Rus dilində təhsil Azərbaycanın gələcəyi üçün təhlükəlidir».
Qrant Vardanyan: «Rus dilində təhsil Ermənistanın gələcəyi üçün böyük təhlükə yaradır».
***
Faiq Ələkbərli: «Rus dilində təhsil Azərbaycanın gələcəyi üçün təhlükəlidir».
Qrant Vardanyan: «Rus dilində təhsil Ermənistanın gələcəyi üçün böyük təhlükə yaradır».
***
Heydər Oğuz: «Kreml üçün Qarabağ probleminin həlli qətiyyən maraqlı deyil. Moskva bu problemə Cənubi Qafqazın «qulpu» kimi baxır və bu qulpdan yapışaraq onu əlində saxlamağa çalışır. Sözsüz ki, həmin «qulp» qırılarsa və ya Kremlin əlindən çıxarsa, Rusiya Qara dənizdən Xəzərə qədər uzanan böyük bir ərazini itirmiş olar».
Ruben Meqrabyan: «Rusiya Qarabağ probleminin həllində maraqlı deyil. Rusiya Qarabağ probleminə Qara dənizdən Xəzər dənizinə qədər əraziləri yenidən ələ keçirmək üçün vasitə kimi baxır».
***
Mehman Əliyev: «Biz Ermənistandakı qüvvələrlə birləşib Rusiya sülhməramlılarını regiondan qovmalıyıq».
Ruben Meqrabyan: «Azərbaycandakı qüvvələrlə birləşib Rusiya sülhməramlılarını Qarabağdan qovub çıxarmalıyıq».

Комментариев нет:

Отправить комментарий