Страницы

27.04.2021

Qərb dedikləri 7 milyardın cəmi 1 milyardıdır

Valeri Korovin
Publisist, politoloq

Bütün dünyada “nizam yaradılmasına” iddialı olan ABŞ-ın özündə elə bir xaos və qarışıqlıqdır ki, onun özünə kömək üçün quraşdırılmış deyil, real dünya ictimayyətinə müraciət etmək lazımdır

Xarici işlər naziri Serqey Lavrovun dediyi kimi, əgər eskalasiya davam etsə, Rusiya ABŞ-a qarşı yen tədbirlərə hazırdır. XİN rəbhəri onu da bildirmişdir ki, məhz ABŞ eskalasiya yolu tutmuşdur, Rusiya isə cavan tədbirləri həyata keçirir: “Amerikanların sonuncu qeyri-dostcasına addımlarına bizim reaksiyamızda hər şey deyilmişdir. Biz qəbul etdiyimiz və eskalasiya davam edəcəyi təqdirdə qəbul etməyə hazır olduğumuz bütün tədbirləri elan etmişik”.
Güclü, suveren dövlət, hansı ki müasir dünyada çox az qalmışdır, belə də hərəkət etməlidir- belə dövlətlərin hamısını Vaşinqton ABŞ-ın düşmənləri siyahısına salmışdır. Amerikan hakimiyyəti azca tərəddüd etmədən belə özünün bütün düşmənlərini “bəşəriyyətin düşmənləri” sırasına yazır. Xırdaçılığa nə ehtiyac? Əlahəzrətlərin fikrincə bəşəriyyət- elə ABŞ və onun müttəfiqləri deməkdir.
Lakin dünyanın müasir mənzərəsi o halda qalar ki, ABŞ-ın möhtəşəmliyinə, onun sivilizasiya müstəsnalığına “arxayın” olasan, Qərbin tarixi təcrübəsini universal kimi, Qərb sivilizasiyasını isə etalon kimi qəbul edəsən. Yəni dünyaya ABŞ-ın gözü ilə baxasan.
Amma dünyaya ayıq gözlə baxsan, yelbeyin və fanatikcəsinə deyil, Qərbin özü haqqında yaratdığı xülya və mifləri kənara tulayaraq nəzər yetirsən, dünyanın mənzərəsi baş-ayaq görünür.
Ondan başlayaq ki, ABŞ-ın könüllü müttəfiqləri elə də çox deyil: Britaniya, Kanada və bir sıra Şərqi Avropa ölkələri- Polşa, Macarıstan, Rumıniya və Baltika ölkələri. Avropa Birliyi bütövlükdə müttəfiq kimi görünsə də, onunla əslində itaətkar nökər kimi rəftar olunur və işlərin gedişində amerikan iqtisadi maraqları üçün istismar olunur. Bir də dağılmış Böyük Britaniyadan ABŞ-a miras qalan Avstraliya və Yeni Zelandiya var.
ABŞ-ın qalan “müttəfiqləri” –Yaponiya, Cənubi Koreya– sadəcə işğal olunmuşlar. Və əgər ərazilərində ABŞ ordusu olmasaydı, onların özlərini necə aparacağını bilmək olmazdı. Bax elə bütün tərifli Qərb bundan ibarətdir- absolyut insan azlığı, hansının ki daxilində hələ çox hissəsi amerikan hakimliyini, qlobalistlərin ərköyünlüyünü və liberalların insan üzərində eksperimentlərini bölüşmürlər. Ən çoxu sayları 1 milyard olar (yəqin ki elə “qızıl” adı qoyduqları). 7 milyardın cəmi 1 milyardı.
Yerdə qalan hissə Qərb deyil: praktiki olaraq bütün Avrasiya öz geopolitik mərkəzi (hartlend) ilə, hansının ki əsasında Rusiya durur, Çin, Hindistan, bütün ərəb dünyası, bütün Latın Amerikası, Afrika, Asiya-Sakit okean regionunun çox hissəsi (sadaladığımız Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanı çıxmaq şərtilə). Bütün bunlar Qərb deyil, ondan kənar bəşəriyyətdir.
Amma buna baxmayaraq ABŞ hakimləri arxayınlıqla bəyan edirlər ki, guya onlar “dünya ictimaiyyətini” təmsil edirlər... və ardınca ağlına gələnləri izhar edirlər. ABŞ-ın bütün dünyanın adından danışmasının yeganə kriteriyası- “düşmənlər, neytral qüvvələr və dostlar” adlandırdıqlarının daxili işlərinə amerikan müdaxiləsi faktıdır ki, amerikan strateqləri tərəfindən birbaşa deklarasiya olunur. Yəni məhz ABŞ-ın bütün dünyanın işlərinə qarışmasının əsasında amerikan elitası bütün “dünya ictiamiyyəti” adından danışır.
Hə, bir əsas da var. Amerikan döyüş filmlərində ABŞ-dan olan igid (bu igidlər adətən bir sıra müttəfiqləri çıxmaq şərtilə başqa ölkələrdən olmur) dünyanı xarici, yadplanetli təcavüzdən və yaxud ümumbəşəri təhlükədən xilas edir.
Nə demək olar, tutarlı əsasdır, amma amerikan möhtəşəmliyinə və müstəsnalığına inam kateqoriyası formalaşdırmaq üçün. Ümumiyyətlə, “amerikan” termininin özü olduqca təkəbbürlüdür.
ABŞ-ın Moskvadakı səfirliyinin girişinə “Amerikan səfirliyi” yazılıb. Yəni utanıb-qızarmadan təkcə ABŞ-ın yox, bütün Amerikanın maraqlarını təmsil etdiklərini bildirirlər, hansının ki çox hissəsi Latın Amerikası ölkələrindən ibarətdir. USA onların maraqlarına və yanaşmalarına tüpürmək belə istəmir. Yeri gəlmişkən, bu barədə soruşsanız, Vaşinqtonda sizə deyərlər ki, ora ABŞ-ın “arxa həyətidir” və əlavə edərlər ki, mumlayın- təmiz amerikan dialektində ki, ingilis dilindən çoxdan uzaqlaşmışdır.
Bütün dünyada “nizam yaradılmasına” iddialı olan ABŞ-ın özündə isə elə bir xaos və qarışıqlıqdır ki, onun özünə kömək üçün quraşdırılmış deyil, real dünya ictimayyətinə müraciət etmək lazımdır. Di gəl ki Co Bayden bəyan edir ki, Moskva guya ABŞ-da seçkilərə müdaxilə etdiyinə görə “bədəlini verməli” olacaq. Ayıl, Co, seçkilər çoxdan arxada qalmışdır...
İndi hər işə və hər yerdə burunlarını soxan, seçkilərə çevriliş və bir amerikanyönlü rejimi daha çox amerikanyönlü rejimlə əvəzləmək üçün vasitə kimi baxan bu adamlar hansı üzlə müdaxilədən danışır?
Di gəl ki onların bütün bəyanatları hansısa “dünya ictimaiyyətinin” adından səsləndirilir- yəqin inandırıcı görüntü vermək və 
və çatdırılan ötkəm tonu əsaslandırmaq üçün belə lazımdır.
Buna Lavrov, Putin, o cümlədən çoxlu suveren dövlətlərin liderləri təkcə çiyinlərini çəkirlər və sakit, əlavə pafossuz cavab tədbirləri görürlər.
“Biz qəbul etdiyimiz və eskalasiya davam edəcəyi təqdirdə qəbul etməyə hazır olduğumuz bütün tədbirləri elan etmişik”- Serqey Lavrov bəyan edir, XİN-in təmsilçisi Mariya Zaxarova isə başa salır ki, Rusiyaya qeyri-dostcasına yanaşan dövlətlərin siyahısı hazırlanır. Siyahıda ABŞ-ın da adı var.
Yekun cavab tədbiri isə koalisiyanın yaradılması olmalıdır. ABŞ ilə müharibə üçün deyil, ABŞ-sız sülh üçün. Daha dəqiq desək, ABŞ-ın dominasiyası və sivilizasiya təkəbbürü olmayan dünya üçün. Dünya daralınlı Qərb nəzəriyyəçilərinin baxışlarından daha mürəkkəbdir. Dünyanın çox ölkələri ABŞ-ın namərdliyi ilə razı deyillər.
Qərbdə çoxları (bunlar isə həm almanların ənənəvi ailə uğrunda çoxmilyonluq nümayişləri, həm sarı jiletli fransızlar, həm də Yaponiyada amerikan bazalarının çıxarılmasını tələb edən çoxminli nümayişlərdir) ABŞ-ın və onun liberal rəhbərliyinin özbaşınalığına qarşıdır. Uzağa niyə gedək: ABŞ-ın özündə çoxları- 70 milyondan çox adam qlobalistlərin siyasətinə qarşıdır, ABŞ-ın bütün qaradərili hissəsi isə amerikan hakimiyyətinin bütün etdiklərinə qarşıdır və buna görə qabağına çıxan hər şeyi yandırır, dağıdır və xarabalığa çevirir.
Yəni, bizə baş-ayaq görünən dünyanı çevirsək və ayaqları üstə qoysaq, ABŞ mütləq azlıqda qalır. ABŞ-ın özündə dövlət çevrilişi edərək və çoxluğun mövqelərini tapdalayaq hakimiyyəti ələ keçirmiş azlığı isə yaxşı olardı ki, hansısa liberal gettoda izolyasiyaya salaq, Kapitoliya və Ağ evin ətrafını tikanlı məftillə dövrələyək.
Real koalisiya, hansını ki Rusiya tam qurmaq gücündədir, özünə çoxlu sayda dünya ölkələrini daxil edə bilər: Çin, Hindistan, demək olar bütün ərəb dünyası, demək olar bütün Latın Amerikası, demək olar bütün Asiya-Sakit okean regionu.
Və təki başla- ABŞ-ın kinli müttəfiqləri də, ilk növbədə 70 ildən artıq Amerikanın “dostcasına” işğalından inildəyən Avropa ölkələri də onun bezdirici himayədarlığından qaçacaqlar.
Yəqin ki, Vaşinqtonun Kapitoliya təpəsində oturanların manyak düşüncəsi dünyanı öz sarsaq ideoloji konstruksiyaları və geopolitoloji konseptləri altına sürükləməklə öz dünya obrazında təkid etməsəydi, məsələ belə kəskinləşməzdi.
Özünü aqressiv aparan biz- bəşəriyyət deyilik, onlardır- bir yığın dünya ağalığı eşqinə düşmüş, Hollivud kinolarından olan “amerikan manyakları”, hansılar ki bəşəriyyət çoxluğunu azlığın tövləsinə doldurmağa çalışırlar. Onları durdurmaq üçün çoxluğun koalisiyasını yaratmaq vaxtıdır. Nazir Lavrovun eyham vurduğu cavab tədbirləri də məhz özündə bunu ehtiva edir. Əgər eskalasiya davam edərsə...

Комментариев нет:

Отправить комментарий