Страницы

27.04.2021

Valeri Korovin:
-Güclü, suveren dövlətlər, hansılar ki müasir dünyada çox az qalmışdır- belə dövlətlərin hamısını Vaşinqton ABŞ-ın düşmənləri siyahısına salmışdır. Amerikan hakimiyyəti azca tərəddüd etmədən belə özünün bütün düşmənlərini “bəşəriyyətin düşmənləri” sırasına yazır. Xırdaçılığa nə ehtiyac? Əlahəzrətlərin fikrincə bəşəriyyət- elə ABŞ və onun müttəfiqləri deməkdir. Amma dünyanın müasir mənzərəsi o halda qalar ki, ABŞ-ın möhtəşəmliyinə, onun sivilizasiya müstəsnalığına “arxayın” olasan, Qərbin tarixi təcrübəsini universal kimi, Qərb sivilizasiyasını isə etalon kimi qəbul edəsən. Yəni dünyaya ABŞ-ın gözü ilə baxasan. Di gəl ki dünyaya ayıq gözlə baxsan, yelbeyin və fanatikcəsinə deyil, Qərbin özü haqqında yaratdığı xülya və mifləri kənara tulayaraq nəzər yetirsən, dünyanın mənzərəsi baş-ayaq görünür. Ondan başlayaq ki, ABŞ-ın könüllü müttəfiqləri elə də çox deyil: Britaniya, Kanada və bir sıra Şərqi Avropa ölkələri- Polşa, Macarıstan, Rumıniya və Baltika ölkələri. Avropa Birliyi bütövlükdə müttəfiq kimi görünsə də, onunla əslində itaətkar nökər kimi rəftar olunur və işlərin gedişində amerikan iqtisadi maraqları üçün istismar olunur. Bir də dağılmış Böyük Britaniyadan ABŞ-a miras qalan Avstraliya və Yeni Zelandiya var. ABŞ-ın qalan “müttəfiqləri” –Yaponiya, Cənubi Koreya– sadəcə işğal olunmuşlar. Və əgər ərazilərində ABŞ ordusu olmasaydı, onların özlərini necə aparacağını bilmək olmazdı. Bax elə bütün tərifli Qərb bundan ibarətdir- absolyut insan azlığı, hansının ki daxilində hələ çox hissəsi amerikan hakimliyini, qlobalistlərin ərköyünlüyünü və liberalların insan üzərində eksperimentlərini bölüşmürlər. Ən çoxu sayları 1 milyard olar (yəqin ki elə “qızıl” adı qoyduqları). 7 milyardın cəmi 1 milyardı.

Комментариев нет:

Отправить комментарий