Страницы

28.04.2021

Rusiya donanması Suriyaya neft daşıyan İran tankerlərini qoruyacaq

Rus hərbi gəmiləri Suriyaya neft daşıyan İran gəmilərini dəniz quldurlarından qorumaq üçün müşayiət edəcəkdir. Bu barədə Sputnik Arabic ərəb nəşri xəbər vermişdir.
Maraqlıdır ki, məlumatın məzmunundan pirat dedikdə ABŞ, Avropa və İsrail gəmilərinin nəzərdə tutulduğu aydınlaşır.
Xatırladaq ki, ABŞ Suriyanı iqtisadi blokadaya salmaq üçün “Sezar qanunu” qəbul etmişdir. Bu qanunun əsasında ABŞ və İsrail gəmiləri Suriyaya gedən İran gəmilərinə maneələr törədərək onların qarşısını almağa cəhd göstərir.
ABŞ-ın qəbul etdyi “Sezar qanunu” Suriyanı iqtisadi cəhətdən çökürtmək məqsədi güdür. Rəsmi şəkildə “Suriyanın vətəndaş əhalisinin qorunması” kimi gəlişigözəl ad daşıyan bu qanuna görə Suriyaya neft, qaz, ərzaq, dərman və digər məhsulların gətirilməsi qadağan olunmuşdur. Suriyanın neft-qaz sektoru müharibə dövründə dağıldığından ölkədə çıxarılan neft daxili tələbatın 24 faizinə, qaz isə 40 faizinə bəs edir. İran amerikan sanksiyalarını adlayaraq ölkəyə neft, Rusiya isə buğda daşıyır, o cümlədən digər yardımlar edirlər. 
Sputnik Arabic-in məlumatına görə Rusiya hərbi gəmilərinin mühafizəsi altında artıq 4 İran tankeri Suriyaya daxil olmuşdur.

Комментариев нет:

Отправить комментарий