Страницы

06.05.2021

AZƏRBAYCANDA SOROSÇULAR TELEVİZİYALARI ƏLƏ KEÇİRMƏYƏ BAŞLAYIB?

Dünən “Space” televiziya və radio yayımı şirkətinin yeni rəhbəri təyin edildi.
Mərkəzi televiziya və radiolardan biri olduğu üçün onun rəhbərliyinə kimin gəlməsinin əhəmiyyətli məsələlərdən biri olduğunu düşünürük.
Mətbuatda yeni təyin edilən rəhbərin Ülviyyə Mikayılova adlı müəllimə olduğu və onun fəaliyyəti barədə məlumatlar yayılmışdır.
Ülviyyə Mikayılovanın qısa tərcümeyi-halı aşağıdakı kimi qeyd edilir: “Ülviyyə Mikayılova 1959-cu ildə anadan olub. O, fizika və fizikanın tədrisi üzrə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirib. Təhsildə liderlik və menecment üzrə İngiltərənin Mançester Universitetindən magistr dərəcəsinə, biologiya üzrə Tbilisi Dövlət Universitetindən fəlsəfə elmləri namizədi dərəcəsinə malikdir. O, təhsildə innovasiyaların tətbiqi sahəsində 1998-2015-ci illərdə fəaliyyət göstərir. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunda (SOROS Fondu) Addım-Addım Erkən Yaş Dövrünün proqramına rəhbərlik edib. 2004-cü ildən 2015-ci ilədək “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin direktoru vəzifəsində çalışıb. Ülviyyə Mikayılova 2002-2005-ci illərdə Beynəlxalq Addım-Addım Assosiasiyasının İdarə Heyyətinin üzvü, 2006-cı ildə həmin Assosiasiyasının vitse-prezidenti və 2012-ci ildən isə Proqram Komitəsinin üzvü olub. Eyni zamanda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü olub. Ülviyyə Mikayılova 2009-cu ildən Dünya Bankının və YUNİSEF-in beynəlxalq məsləhətçisi kimi həm xarici ölkələrdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə xidmət göstərib. 2009-cu ildə Ülviyyə Mikayılova təhsildə göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyi tərəfindən “Təhsil Əlaçısı” medalı ilə təltif edilib. Hazırda ADA Universitetinin baş müəllimidir”.
Tərcümeyi-halından da görünür ki, Ülviyyə xanım SOROS fondunun müxtəlif layihələrində çalışmışdır.
Bundan başqa onu da qeyd etməliyik ki, Ülviyyə xanım İngiltərədə və Gürcüstanda təhsil və elmi dərəcələr almışdır. Son iş yeri Azərbaycan Diplomatik Akademiyasinda baş müəllim vəzifəsi olmuşdur.
Bütün bu məlumatları və digər bildiyimiz açıq-aşkar həqiqətləri birlikdə təhlil edərkən narahat olmaya bilmirik və beynimizdə bir neçə suallar meydana gəlir: Heç bir televiziya təcrübəsi olmayan universitet müəllimi niyə birdən-birə böyük bir televiziya kanalın rəhbəri təyin olunsun?
Görəsən o kimin qarşısında və hansı xidmətlərinə görə belə mükafatlara layiq görülür?
Görəsən bu mükafat  SOROS fondu qarşısındakı xidmətlərinə görədir, yoxsa yalnız və yalnız ölkənin hakim ailəsinin üzvlərinə yaxınlığına görə?
Ola bilərmi hər iki amilə görə?
Suallar açıq qalır. Araşdırılmalı və təhlil edilməli detallar çoxdur. 
Xatırladaq ki, Space tv Prezident İlham Əliyevin bacısı Sevil Əliyevaya məxsusdur.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий