Страницы

06.05.2021

Sizdən adam olmayıb, olmayacaq da!

Əli Kərimli deyib ki, bu dəfə Qarabağı bizdən alan Ermənistan yox, Rusiyadır...
Arada bu adama rəğbət bəsləmək, keçmişdəki simpatiyamı bərpa etmək istəyirəm. Çünki həqiqətən də xalq arasında müəyyən populyarlığı var və qabiliyyətdən də məhrum deyil...
Ancaq bu cür təxribatçı fikirlərini oxuyanda deyirəm ki, yox ey, bunlardan adam olmayacaq. Bunlar necə yalan-palanla, saxtakarlıqla başlayıblar, elə də davam edəcəklər. Bunların işi həmişə camaatı çaşdırmaq, aldatmaq, qırğına vermək və bu sayədə yaşamaq olub. Adamların çörəyi bundan çıxır... Şeytan heç vaxt imana gəlməyəcək...
Adama deyərlər ki, ə, özünü dolamısan, yoxsa bu camaatı? Rusiyanın razılığı, rolu, iradəsi olmasaydı, sən Qarabağda bir metr qabağa gedə bilərdin? Gedə bilməzdin! Bunu mən demirəm ey, ən çox arxalandığınız, güvəndiyiniz, istinad etdiyiniz Türkiyənin prezidenti Ərdoğan dəfələrlə açıq bəyan edib... Bununla bağlı Putinə təşəkkürünü bildirib...
Sən kimsən ki, Rusiyasız Qarabağ həll edəsən? Bəsdir də özünüzü gic bicliyə qoydunuz! Gedin özünüzü Bakının küləyinə verin...


Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий