Страницы

23.05.2021

Bakıda İsrail və İran səfirləri arasında gərginlik — “Eşitdim, özünü məzlum göstərməklə...”

İsrail və İranın Azərbaycandakı səfirləri “Twitter”də mübahisə edib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik və İranın Azərbaycandakı səfiri Abbas Musəvi tviterdə bir-birinə qarşılıqlı ittihamlar irəli sürüblər. Belə ki, Corc Dik İranı terrorizmin bir nömrəli sponsoru adlandırıb: “Münaqişədən minlərlə kilometr uzaqda olduğumuzu düşünə bilərik. Ancaq bu belə deyil, biz ona yaxınıq".
İranın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Musəvi isə bu sözlərə sərt şəkildə cavab verib: “Eşitdim, özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan. Yəqin ki, hələ İran və Azərbaycanın qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan. Bil ki, ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!".

Комментариев нет:

Отправить комментарий