Страницы

01.05.2021

İqor Korotçenko: Njdenin abidəsi buldozerə verilməlidir

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko  APA xəbər agentliyinin Moskvadakı müxbirinə verdiyi müsahibədə Qarabağ ərazisindəki faşist Njdenin heykəlinin sökülməsinə dair münasibət bildirib.
O 9 may Qələbə paradına kimi Njdenin abidəsinin sökülməsinin vacibliyini vurğulayıb.
Sitat: “Qarşıda 9 may - Qələbə günü gəlir. Biz Azərbaycanın Qarabağ regionunun ərazisində, harada ki, indi ermənilər yaşayır, Hitlerin silahdaşı faşist kollaborant Qaregin Njdenin abidəsinin ucaldığını görürük. Bu tamamilə çirkin vəziyyətdir. Düşünürəm ki, bu məsələ ilə bağlı Ermənistanla həddindən çox sərt danışmaq lazımdır. Almaniyada Hitlerin heykəlinin olduğunu təsəvvür edirsiniz? Əlbəttə ki, müasir Almaniyada bu mümkün deyil. Ermənilər isə faşist Njdenin milliyyətçi ideyalarını kultlaşdırırlar ki, bu, tamamilə qəbuledilməz vəziyyətdir. Nəzərə alaq ki, Rusiya sülhməramlıları 9 mayda parad keçirəcəklər. Onda bəs necə olacaq? Rusiya əsgərləri erməni millətçilərinin əbədiləşdirdiyi Njdenin abidəsinin önündən marşla keçəcəklər? Bu tamamilə qəbuledilməzdir. Bilirsiniz, bu cür məsələlər haqda sərt danışmaq lazımdır. Njdenin abidəsi buldozerin qabağına verilib, demontaj olunmalıdır ki, bu biabırçı faşizm abidəsinin izi belə qalmasın. Xüsusi ilə də söhbət faşizm üzərində böyük qələbənin növbəti ildönümündən gedirsə”.

Комментариев нет:

Отправить комментарий