Страницы

06.05.2021

Valeri Korovin: İran ABŞ-a həşərat kimi baxır

Valeri Korovin

✅ Belə bir mülahizə var ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Baydenin Trampın səhvlərini düzəldəcəyinə ümid edir. Mümkündür ki, İran elitasının bir hissəsi də ABŞ-ın nüvə sazişinə qayıtmasını gözləyir. 
Lakin görünən odur ki, Ruhani çox güman formal məntiqə əsaslanıb belə düşünür. Belə məntiqə görə, əgər Trampın sələfi, demokrat Obama Tehrana sanksiya təzyiqini azaldan bu Sazişi imzalamışdısa, respublikaçı Tramp bu Sazişdən çıxmışdısa, deməli demokrat Bayden ABŞ-ın bu Sazişə yenidən qayıtmasını təmin edəcək.
Lakin bu cür baxış Amerikada baş verən proseslərin dərinliyinə varmadan, onun üzdə olan mexaniki dəyərləndirməsindən doğan bir baxışdır.

✅ Çoxminillik tarixi olan İran sivilizasiyası üçün ABŞ-da baş verən hadisələrə baxış bir növ həşəratların həyatını izləmək kimi bir şeydir. İranlılar bu hadisələrə yüksəklikdən baxır, səthi dəyərləndirmələr aparır, dərinliyinə girmirlər. Lakin bunu da qeyd etməliyik ki, prinsip etibarilə İran rəhbərliyi üçün ABŞ-da kimin hakimiyyətdə olmasının o qədər də əhəmiyyəti yoxdur. Çünki istənilən halda ABŞ İran üçün “Böyük Şeytan”dır. Bu cür yanaşma xüsusilə də İslam inqilabından sonra heç vaxt dəyişməmişdir. 

✅ Bir ABŞ prezidentinin saziş imzalayıb, digəri bu sazişdən imtina edib, deməli üçüncüsü bu müqaviləyə yenidən qayıtmalıdır kimi mülahizə formal, mexaniki baxımdan mümkün görünür. Lakin bu qətiyyən o demək deyil ki, İran rəhbərliyi bu məntiqə əsaslanıb işlərini buna uyğun qurur.


@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий