Страницы

25.05.2021

Nadir Qocabəyli:
-Politologiyadan mənim  kimi az-maz xəbəri olanlar çox yaxşı bilir ki, dünya kapitalizmi vaxtaşırı böhran yaşayır. Təxminən 30-40 ildən bir. Əsas səbəb odur ki, tələbat artır, istehsal isə yetərli olmur. Çünki kapitalist sistemində puldan pul qazananlar getdikcə artır, çoxlu "qısır", yəni heç nə yaratmayan, yalnız başqalarının yaratdığını istehlak, istifadə edən strukturlar, fəaliyyət sahələri yaranır, getdikcə artır. Məsələn, şou-biznes, yaxud futbol, ya da ralli, formula, nə bilim, toy sənayesi, restoran biznesi bizə nə verir? Heç nə! Amma bu sahələrdə görün nə qədər adam çalışır, nə qədər pul fırlanır. Hamısı da istehlakçı, istifadəçi, müftəxor, havayıyeyən. Odur ki, həqiqi sərvət azalır, pul qiymətdən düşür, yeni həqiqi, təbii sərvətlərə ehtiyac yaranır. Bu da yeni torpaqlar, yeni ucuz işçi qüvvəsi, yeni təbii sərvətlər ehtiyacı yaradır, səlib yürüşlərinə, müharibələrə, müstəmləkəçiliyə rəvac verir. Fikir versəniz, son əsrlərin ən qorxunc yürüşləri və müharibələri inhisarçı və istismarçı kapitalizmin hökmran olduğu Avropadan başlayıb. Sərvətləri, pulları azalan, ehtiyacları çoxalan kimi, müharibələrə yürüşlərə başlayırlar. İki dünya müharibəsi buna sübutdur. Ötən əsrin 80-ci illərində SSRİ-ni dağıtmaq əməliyyatı da Qərbin öz ehtiyaclarını ödəmək məqsədi güdürdü. Dağıtdılar, 15 müttəfiq respublikanı ayırıb sümürməklə tələbatlarını qismən ödədilər. Bizim bütün sərvətimiz, korrupsiyaya çevrilən pullarımız ora axır və səfasını Avropa ilə Amerika görür...

Комментариев нет:

Отправить комментарий