Страницы

25.05.2021

Nadir Qocabəyli:
-Ağzımızın suyunu axıtdığımız Qərbi Avropa və Amerikadakı "demokratik" hakimiyyətlərin arxasında burjuaziya və iri kapital dayanır. Həmin kapital istismarçıdır. Zatən kapitalın mahiyyəti budur. Başqa cür kapital olmur. Bax həmin kapital təkcə öz xalqını deyil, başqa xalqları da sümürür. Bunun adına müstəmləkəçilik deyilir. Amerika və Qərbi Avropa ona görə yaxşı yaşayır ki, bizi sümürür, yəni dünyanın qalan hissəsini. Amma bizə elə gəlir ki, onlar bizə də demokratiya və rifah gətirəcəklər. Xəbərimiz yoxdur ki, "demokratiya" deyilən şey burjua, kapitalist uydurmasıdır. Bilmirik ki, biz yaxşı yaşamağa başlasaq, deməli, onlar pis yaşayacaqlar. Bu aksiomadır. Çünki kapitalizm, istismarçı kapital mövcud olduqca, mütləq kimsə istismar etməli, kimsə də əzilməlidir...

Комментариев нет:

Отправить комментарий