Страницы

20.05.2021

Putinin Münhen çıxışındakı sözləri atlantizmin buludusuz səmasında göy gurultusu kimi səsləndi: “Müasir dünya üçün birqütblü model nəinki qəbuledilməzdir, ümumiyyətlə qeyri-mümkündür”. Bu döyüşə çağırış idi. Atlantizmin planetə şəriksiz ağalığına qarşı edilmiş birbaşa çağırış. Putin xəbərdarlıq etdi- Rusiya qayıdır. Lakin həmin vaxt Qərb Rusiyanı ciddi qəbul etməyi unutmuşdu. Ümumiyyətlə tarixin verdiyi dərslər orda çox tez unudulur. Amerika 200 il ərzində dünya hegemonluğuna ona görə can atmamışdı ki, soyuq müharibə nəticəsində əldə etdiyi, heç də bizim xeyirimizə olmayan bu hegemonluqdan asanlıqla imtina etsin. Çağırış etdinsə- cavab ver. Amerikaya öz birqütblü planları ilə düşdükləri yeni reallığı yoxlamaq lazım gəldi. Rusiyanın elan edilmiş geopolitik özəlliyinin reallıqla nə dərəcədə uyğun olmasını əməli işdə yoxlamaq, amerikan strateqlərinin dediyi kimi “reality chek” etmək lazım idi. Və budur- ağlını itirmiş gürcü aqressor gecə vaxtı yatmış Qori şəhərini bombalayır. Amerika diqqətlə Rusiyanı izləyir: “Geopolitik özəllik? Çoxqütblü dünya modeli? İndi cavab ver...” Lakin bu, yerimədi. O aqressorun zərbəsini sərt şəkildə dəf etdi. Döyüş çağırışına cavab verdi, döyüşü sonadək- qələbəyədək apardı. Amerikanın döyüş çağırışına layiqli cavab verdi. Praktikada göstərdi ki, artıq birqütblü dünya yoxdur. “Rusiya bütün qərarların bir dövlət- hətta ABŞ kimi ciddi dövlət tərəfindən belə qəbul edildiyi dünya quruluşunu qəbul edə bilməz, belə bir dünya dayanıqlı deyil və daim konfliktlər təhlükəsi ilə üz-üzə olacaq”- yeni xarici siyasət doktrinasında bəyan edildi. Avrasiyaçılıq və atlantizm- geopolitikanın iki qütbü yenidən dünya siyasətinə qayıtdı. Rusiya yenidən tarixə qayıtdı.

Valeri Korovin, “İmperiya ərəfəsində”

Комментариев нет:

Отправить комментарий