Страницы

25.05.2021

Qlobalistlərlə avrasiyaçıların mübarizəsində biz qalib gələcəyik

Bir cəbhəçi yoldaş məndən soruşur: "Bəs Rusiya niyə Amerika kimi və ya AB kimi bir güc, bir idealogiya ortaya qoya bilmir? Axı ərazi onda, sərvət onda, hər şey onda var axı! Nə vaxtadək mənim kimi savadsızlara ancaq Rusiyanın bazarı cəlbedici görünəcək? Ancaq bir professora çox vaxt Qərb cəlbedici görünür. Bunun səbəbi nədi?"
Qısa cavabım:
"Zabil Ağayev, ruslar SSRİ-ni yaratmışdılar və o ölkədə vəziyyət ümumən heç də Amerikadan pis deyildi. Hətta xeyli yaxşı yönləri də vardı. Amma Amerikaya uduzdu. Bunun xeyli obyektiv-subyektiv səbəbi var. Ancaq bu müvəqqətidir və belə qalmayacaq. 30 il tarix üçün heç nədir. Atlantist qloballaşmanın bu 30 ildə istismarçı, müstəmləkəçi, ekspansionist, əxlaqsız, hətta qatil mahiyyəti ifşa olundu. Yaxın illərdə insanlar Qərbə olan inamlarını, onunla bağlı ümid və illüziyalarını daha çox itirəcəklər. Daha humanist, əzilən xalqlara qarşı daha mərhəmətli siyasət aparan Rusiya revanş götürür və Qərbin qloballaşmasına qarşı artıq Avrasiya Hərəkatı başlayıb. Mən hesab edirəm ki, təkcə ruslar yox, bütün Avrasiya xalqları SSRİ quruculuğunda olduğu kimi, bu prosesə töhfə verəcək və biz birqütblü dünya yaratmaq istəyənləri yerlərində oturdacağıq. 21-ci əsr qlobalistlərlə avrasiyaçıların mübarizəsi ilə müşayiət olunacaq və biz qalib gələcəyik".

Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий