Страницы

25.05.2021

Nadir Qocabəyli - QIZIL MİLYARD

Siyasət də bir elmdir. Adı da var: siyasətşünaslıq, yaxud politologiya. Bu elmi bilməyənlər, ondan az-çox xəbəri olmayanlar gərək siyasətə girməsinlər. Girsələr də bilənlərin ağıllı sözlərinə qulaq assınlar...
Amerika, Avropa yaxşıdır, yoxsa Rusiya? İsrail yaxşıdır, yoxsa Fələsin? Siyasət deyil, sadəcə həvəskar demoqogiyadır...
Siyasət haqqında mülahizə yürütmək istəyən adamın ən azından kapital, istehsal münasibətləri, məhsuldar qüvvələr, burjuaziya, istismarın mahiyyəti haqda elementar şeylərdən xəbəri olmalıdır.
Məsələn, bilmək lazımdır ki, ağzımızın suyunu axıtdığımız Qərbi Avropa və Amerikadakı "demokratik" hakimiyyətlərin arxasında burjuaziya və iri kapital dayanır. Həmin kapital istismarçıdır. Zatən kapitalın mahiyyəti budur. Başqa cür kapital olmur. Bax həmin kapital təkcə öz xalqını deyil, başqa xalqları da sümürür. Bunun adına müstəmləkəçilik deyilir. Amerika və Qərbi Avropa ona görə yaxşı yaşayır ki, bizi sümürür, yəni dünyanın qalan hissəsini. Amma bizə elə gəlir ki, onlar bizə də demokratiya və rifah gətirəcəklər. Xəbərimiz yoxdur ki, "demokratiya" deyilən şey burjua, kapitalist uydurmasıdır. Bilmirik ki, biz yaxşı yaşamağa başlasaq, deməli, onlar pis yaşayacaqlar. Bu aksiomadır. Çünki kapitalizm, istismarçı kapital mövcud olduqca, mütləq kimsə istismar etməli, kimsə də əzilməlidir...
Politologiyadan mənim  kimi az-maz xəbəri olanlar çox yaxşı bilir ki, dünya kapitalizmi vaxtaşırı böhran yaşayır. Təxminən 30-40 ildən bir. Əsas səbəb odur ki, tələbat artır, istehsal isə yetərli olmur. Çünki kapitalist sistemində puldan pul qazananlar getdikcə artır, çoxlu "qısır", yəni heç nə yaratmayan, yalnız başqalarının yaratdığını istehlak, istifadə edən strukturlar, fəaliyyət sahələri yaranır, getdikcə artır. Məsələn, şou-biznes, yaxud futbol, ya da ralli, formula, nə bilim, toy sənayesi, restoran biznesi bizə nə verir? Heç nə! Amma bu sahələrdə görün nə qədər adam çalışır, nə qədər pul fırlanır. Hamısı da istehlakçı, istifadəçi, müftəxor, havayıyeyən. Odur ki, həqiqi sərvət azalır, pul qiymətdən düşür, yeni həqiqi, təbii sərvətlərə ehtiyac yaranır. Bu da yeni torpaqlar, yeni ucuz işçi qüvvəsi, yeni təbii sərvətlər ehtiyacı yaradır, səlib yürüşlərinə, müharibələrə, müstəmləkəçiliyə rəvac verir. Fikir versəniz, son əsrlərin ən qorxunc yürüşləri və müharibələri inhisarçı və istismarçı kapitalizmin hökmran olduğu Avropadan başlayıb. Sərvətləri, pulları azalan, ehtiyacları çoxalan kimi, müharibələrə yürüşlərə başlayırlar. İki dünya müharibəsi buna sübutdur. Ötən əsrin 80-ci illərində SSRİ-ni dağıtmaq əməliyyatı da Qərbin öz ehtiyaclarını ödəmək məqsədi güdürdü. Dağıtdılar, 15 müttəfiq respublikanı ayırıb sümürməklə tələbatlarını qismən ödədilər. Bizim bütün sərvətimiz, korrupsiyaya çevrilən pullarımız ora axır və səfasını Avropa ilə Amerika görür...
İndi dünya kapitalizmi yeni böhran yaşayır. Koronavirus avantürası Qərbin yeni dünya müharibəsi, yaxud səlib yürüşüdür. Pulları azalıb deyə, bizə çoxlu dava-dərman, vaksin satmalı, olan-olmazımızı da qamarlamalıdırlar. Əvvəllər 5-6 pensilin və vitaminlə sağalan soyuqdəymə indi min manatlıq dərmanla sağalmır. Bu pullar hara gedir? Əlbəttə, əsasən Qərbə.
15 respublikanı sümürsələr də, Rusiyanın zəngin ehtiyatları hələ qalır. Odur ki, buralarda möhkəmlənib, yavaş-yavaş Rusiyanın ürəyinə yaxınlaşmalı və canını almalıdırlar...
Növbəti böhrandan qaçmaq üçün də dünya əhalisini qırıb, 1 milyarda endirməlidirlər. Bunun adı "Qızıl milyarddır"...
Qısa və sadə dildə yazdım ki, hamı başa düşə bilsin.

Комментариев нет:

Отправить комментарий