Страницы

27.05.2021

Valeri Korovin, “ANAKONDA İLƏ DÖYÜŞƏ GİRƏCƏYİK”:

Müasir dünyada ABŞ-ın sərt iqtisadi və siyasi təzyiqlərinə sinə gərəcək dövlətlərin sayı çox məhduddur. Onların arasında ilk növbədə Çin, regionda get-gedə çəkisini artıran İran, ehtiyatlı Hindistan və Şimali Koreyanı göstərmək olar. ABŞ İraq və Liviyanın öhdəsindən artıq gəlib. Amma ABŞ üçün İraq “təhlükəsini” aradan qaldırması digər tərəfdən İran “təhlükəsinin” artmasına səbəb oldu. İranın sayəsində ABŞ İraqa müdaxiləsindən heç nə qazanmayıb, hətta külli miqdarda maliyyə resursları itirib və regionda özü üçün bir-birini müşaiyət edən “problemlər buketi” yaradıb. Avropa Birliyi və Türkiyə də ehtiyatla da olsa, arada öz varlıqları barədə xatırlatmalar etməyə başlayıblar. Lakin dünya geopolitik dispozisiyasının həlledici nöqtəsini Rusiyanın davranışları təşkil edir. Çünki müstəqil antiamerikan geopolitik strategiyasının reallaşdırılmasında hamıdan çox Rusiya maraqlıdır. Rusiya – amerikan geopolitikasının əsas hədəfidir. “Anakonda” həlqəsini Rusiyanı boğmaq üçün qurmuşlar. Yalnız Rusiyanı boğmaq üçün yol üstündəki digər dövlətləri, ölkələrin və bütöv regionların suverenliyini, strateji və iqtisadi maraqlarını vurub dağıdırlar.

Комментариев нет:

Отправить комментарий