Страницы

27.05.2021

Valeri Korovin, “ANAKONDA İLƏ DÖYÜŞƏ GİRƏCƏYİK”:
– Artıq çoxdandır heç kəs ABŞ və onun müttəfiqlərinin maraqlarının əsl mahiyyəti barədə illüziyalara qapılmır. “Demokratiya” və “ümumbəşəri dəyərlər” NATO döyüş təyyarələrindən açılan ilk “dəqiq” raket zərbəzi zamanı qabıq kimi kənara sıçrayıb tökülür. Putin 2000-ci ildə Çinin “Jenmin Jibao” qəzetinə müsahibə verərkən demişdi: “Bu gün biz tez-tez yeni təhdidlər, yeni, bizim fikrimizcə təhlükələr olan konsepsiyalar ilə üzləşirik. Məsələn, “humanitar nöqteyi-nəzəri” əsas götürərək başqa dövlətlərin daxili işlərinə qarışmaq kimi. Biz beynəlxalq terrorizm kimi təhdidlərlə, dini ekstremizm və separatizm kimi problemlərlə üzləşirik”. Lakin illər keçsə də Rusiya ABŞ-ın həddini aşan həyasızlığına hələ də cavab verməyib. Lakin tezliklə cavab verəcəyik. ABŞ və Rusiya arasında final döyüşü olacaq. Anakonda ilə materikimiz uğrunda döyüşə girəcəyik!

Комментариев нет:

Отправить комментарий