Страницы

01.06.2021

Aleksandr Krasnoqorski, "Avrasiya Birliyinin yaranması tarixi zərurətdən doğur":

– Bizim dövrümüzdə avrasiyaçılıq ideyası get-gedə daha çox tərəfdar toplamaqdadır. Bu bir tərəfdən SSRİ-nin dağılmasından sonra yaranmış ölkələrdə baş alıb gedən dövlətçilik krizis fonunda təəccüblü deyil, bir tərəfdən Avrasiyanın mərkəzi ölkəsi olan Rusiya parametri boyunca beynəlxalq gərginliyin artması ilə bağlıdır... Bütün Avrasiya İmperiyaları –Avropada yaranıb Şərqə genişlənməsindən və ya Şərqdə yaranıb Avropaya genişlənməsindən asılı olmayaraq– hər dəfə yeni, əvvəllər nə Şərqə, nə Qərbə, nə Avropaya, nə Asiyaya xas olmayan xüsusiyyətlər qazanmışlar. Yeni cizgilər ki, Avrasiya imperiyalarında məskunlaşmış xalqları birləşdirirdi, mədəniyyətlərə, dünyagörüşlərə, mentalitetlərə və adətlərə də aid idi. İlkin ekspansiyanı həyata keçirmiş xalqlardan fərqli yeni imperiya xalqları formalaşırdı. Bu ona görə baş verirdi ki, bütün vətəndaşlar üçün eyni həyat şəraiti yaradılırdı, eyni qanunlar qoyulurdu və əksinə, hər bir yerin adət-ənənələri və inamları ümummilli nemətə çevrilirdi. Ruslar da birdən birə imperiya millətinə çevrilmədilər- formalaşma İvan Qroznının dövründən başlayaraq əsrlər boyu davam etdi və indi də davam edir... Beləlikliə, avrasiyaçılıq obyektiv şəkildə şərtləndirilmiş tarixi proses kimi faktiki olaraq bəşəriyyətin bütün öyrənilən tarixi boyu müşahidə olunur- antik dövrdən günümüzə kimi. Bu proses Avrasiya kontinentinin etnik, mədəni, sivil oxunu formalaşdırır, ətraf xalqları və dövlətləri öz orbitinə cəlb edən qüdrətli imperiyanın yaradılmasına əsas kimi xidmət edir.

Комментариев нет:

Отправить комментарий