Страницы

01.06.2021

Avrasiya Hərəkatının proqramından:

Hər bir tarixi dövrə onun öz “koordinatlar sistemi” xarakterikdir: siyasi, ideoloji, iqtisadi, mədəni. Məsələn, 19-cu əsr Rusiyada “slavyanofillərlə” “qərbçilər” arasında qarşıdurma şəraitində keçib. 20-ci əsrdə “qırmızılarla” “ağlar” arasında qarşıdurma olub. 21-ci əsr isə atlantistlər (“birqütblü qlobalizm” tərəfdarları) və avrasiyaçılar arasında qarşıdurma əsri olacaq.
Atlantist dünya nizamına və qloballaşmaya qarşı avrasiyaçılar, yəni çoxqütblü dünya tərəfdarları çıxış edirlər. Avrasiyaçılar prinsipial surətdə dünyanın hər bir xalqının özünəməxsusluğunun, mədəniyyətlərin və dini ənənələrin rəngarəngliyinin, xalqların öz tarixi inkişaf yolunu azad şəkildə seçmək hüququnun qorunmasını müdafiə edirlər. Avrasiyaçılar mədəniyyətlərin və dəyərlər sistemlərinin ünsiyyətini, xalqların və sivilizasiyaların açıq dialoqunu, mədəniyyətdə yaradıcı novatorluğun ənənələrlə üzvi bağlılığını alqışlayırlar.
Avrasiyaçı olmaq – ənənəvi mövcudluq formalarını qorumağa və könüllü azad yaradıcı inkişafa (ictimai və şəxsi) əsaslanan şüurlu seçimdir.
Odur ki, avrasiyaçılar təkcə Avrasiya qitəsində məskunlaşan xalqların nümayəndələri deyil, avrasiyaçılar ənənəvi dəyərləri qəbul edən bütün azad yaradıcı insanlardır- o cümlədən obyektiv olaraq atlantizmin bazasında yerləşən reqionların belə insanları. 
Bu gün avrasiyaçılar və atlantistlər bir-birinə qarşıdırlar. Onlar dünyanın iki fərqli, alternativ obrazını və gələcəyini müdafiə edirlər. Məhz avrasiyaçıların və atlantistlərin qarşıdurması 21-ci əsrin tarixi simasını müəyyən edəcək.

Комментариев нет:

Отправить комментарий