Страницы

27.06.2021

Suriya ilə bağlı sorğuya sosial şəbəkə istifadəçilərinin cavabları


Turan ekspress teleqram kanalı Suriyadakı hadisələr ilə bağlı sorğu keçirib. “İŞİD Suriyaya demokratiya gətirə bilərdimi? Doğrudanmı Suriyada zülm vardı? Suriyanın müharibəyə qərq olmasının əsl səbəbi nədir?” Bu suallara sosial şəbəkə fəallarının verdikləri cavabları sizə təqdim edirik.

Günel Əliyeva:
–Xeyr, başkəsən hara, demokratiya hara? Suriyada zülm yox idi, bu tamamən yalan idi. Suriyada vətəndaş müharibəsinin əsl səbəbi ABŞ kəşfiyyatının fəaliyyəti oldu.

Müşfiq Heybətov:
–Amerika və İsrail evliliyindən bic doğulan İŞİD-in Suriyaya girməsindən qabaq Bəşər Əsədin 12 illik hakimiyyəti dövründə ölkədə 8 min məktəb, 2 min institut, 40 universitet açılmışdı. 8 min məktəb, 2 min institut - təsəvvür edirsiz bu nə deməkdir? 20 milyon əhali üçün təhsil ocaqlarının bu qədər olması - bir ölkənin inkişaf etdiyinin sübutudur. Suriyada adam başına düşən milli gəlir 3 dəfə artmışdı. Son 12 ildə bu ölkədə 11 600 yaşayış massivi, 6 min xəstəxana, poliklinika, 5 iri sənaye şəhəri tikilmişdi. 6 dəfə artan əkinçilik və sənaye istehsalı, canlanan turizm sektoru vardı. Oxuma-yazma bilməyən insanlar əhalinin yalnız 1%-ini təşkil edirdi. Amma “Müsəlman ölkələri geridə qalıblar” deyən çoxlarının qibləsi ABŞ və İsrail cütlüyü Suriyanı 100 il dala saldı.

Fizuli Zaidov:
–Suriyanı şərqin Almaniyası adlandırırdılar. 7 il Şamda universitetdə dərs demiş bir türk professorun dediklərindən: Suriyada savadsız adam demək ki, yox idi, əhalinin mütləq əksəriyyəti ən azı bir xarici dil bilirdi. Evsiz ailə demək olar ki yox idi. Əhalinin əksəriyyətinin Avropada, Türkiyədə evləri var idi. İş qurmaq, bizneslə məşqul olmaq üçün dövlət hər cür şərait yardırdı. Gecələr dükanın, evin qapılarını bağlamaq haqqında heç kim fikirləşmirdi. Dövlət deyidi ki, yaşamaq üçün qanunları pozmadan nə istəyirsən elə, mən də kömək olaram. Bir də mənim işlərimə qarışma, dövlətə, hakimiyyətə qarşı iş görmə və s. Daha bundan yaxşı nə olacaqdı ki? Biz də SSRİ-ni dağıtdıq, demokratiya istəyirdik, nə oldu? Hələ də demokratiya, seçki deyənləri başa düşə bilmirəm. Seçki deyilən bir şey yoxdu, təyinat var.

Səlim Najafi:
–Suriyada oxuyan tələblər vardı deyirdilər ki, Suriyada hər şey əla idi... Amerka, İsrail və bir sıra dövlətlərin ora burun soxması nəticəsində ölkə viran qaldı... Cavanlar bilməz, 20-25 il qabaq azərbaycanlılar Suriyaya mal gətirməyə gedirdilər. Gözəl və keyfiyyətli malları olurdu, satıb əla da pul qazanırdılar. Ümumiyyətlə Əsəd ailəsi Suriyaya çox xeyirlər verib, sadəcə xalıqın bir hissə tırkaya gedərək guya diktaturaya qarşı çıxdılar, halbuki diktatura dedikləri ölkədə yaşam tərzi çox gözəl olub... Tələbələr danışır ki, əhli sünnə azanı ayrı, şiə azanı ayrı səslənirdi. Yəni hər kəsin əqidəsinə hörmət edilib. Bu qədər demokratiyası olan ölkəyə Qərbdən “demokratiya” gətirəndə necə olmalıydı ki? Allah imperialistlərə və sionistlərə lənət eləsin!

İnayət Behbudov:
–Bəşər Əsədin kim olduğun bilmək mənim üçün Rəhbərin ona münasibətinə görə tənzimlənir. Heç bir diktatoru, zalimi Rəhbər bağrına basıb ayaq üstə qarşılamaz. Şəxsi fikrimdir.

Rahid Gözəlov:
–Suriyada oxuyan tələbələr danışırdılar, deyirdilər biz Zeynəbiyyədə oxuyanda oranın İŞİD-ə meyili olan bir qism əhalisi bizə çox ilişirdilər, hökümət tərəfindən də onlara heç bir təzyiq olunmurdu - bu bir növdə orda həqiqətən demekoratyanın olduğunun sübutudur, amma axırda böyük bir bəlaya çevrildilər.

Nasir Xəlil:
–Müharibədən əvvəl, 2008-ci ildə təxminən 6 aya yaxın Suriyada olmuşam. Həqiqətən də gözəl ölkə idi. Şəhərlərində sünni, şiə, sələfi, xristian və s. məzhəb nümayəndələri bir-birinə yaxın yaşayır, işləyir və namaz qılırdı. Biz qalan məhəlləyə yaxın Ömər Faruq məscidi var idi, sübh əzanına “Əssalətu xayrun minən noum” sədası ilə oyanırdıq. Bir neçə dəqiqədən sonra “Əşhədu ənnə Əliyyən Vəliyullah” sədasına zövqlə qulaq asıb sübh namazına hazır olurduq. Allah sionizmə və vahhabizmə lənət eləsin.

Əkbər Rəhimli:
–Mən bir yerdə oxumuşdum ki, Suriya dünyada ən sabit ikinci ölkədir.

İmran İsrafilov:
–İŞİD-in işi Orta Doğuya demokratiya gətirmək deyildi. Əməlləri ilə bütün dünyada islama qarşı ikrah hissi yaratmaq idi. Bütün dünya desin ki əgər Yer üzündə vəd olunmuş vahid islam dövləti yaranacaqsa, bizə belə islam lazım deyil! İŞİD Böyük İsrail dövlətinin yaranması ücün bir kompanent idi. Teatrlaşdırıb səhnə qurmaqla istədilər Suriyanın zülmünü dünyaya sırıyalar. Bunu “Ağ dəbilqəlilərin” əli ilə etdilər. Suriyanın məhvi Hizbullahı taqətdən salmaga hesablanmışdı, o da alınmadı.

Etibar Cavad:
–İŞİD demokratiya gətirə bilməzdi. Müharibənin əsl səbəbi isə hakimiyyət uğrunda mübarizə, ən başlıcası neft və qaz yataqlarında hegemon dövlətlərin gözünün olması idi.

Elyar Nəzərov:
–İŞİD-in demokratiyaya aidiyyatı yox idi, bu terror qruplaşmasını açıq-aşkar cəza mexanizmi kimi Amerika Suriyaya, İraqa gətirdi. Amma İran və Rusiyanın işə müdaxiləsindən sonra uduzdular. Amerikanın Suriyada bu oyunlarının pərdəarxasında əslində İsrailin təhlükəsizliyi dururdu.

Sadiq Əkbər:
–Radikal bir qruplaşma, özündən başqa hər kəsi kafir görən, hər kəsi aşağılayan biriləri bir məmləkətə necə demokratiya gətirə bilər? İŞİD Qərbin dəstəklədiyi güclü terror qruplaşması idi. Heç müşahidə etdinizmi ki, İŞİD ABŞ-ı, İsraili hədələyə, onların qanına susaya? İŞİD-i yaratmaqda məqsəd bir gülləylə iki quş vurmaq idi. Müsəlmanı dünyada zülm əhli kimi tanıtmaq, insanlarda islama nifrət yaratmaq və Yaxın Şərqdə öz istəklərini onlar vasitəsiylə həyata keçirmək. Elə bilirsiz Qərb bilmir Kərbəla nədir, İmam Hüseyn, Xanım Zeynəb kimdir? Baxın, əsas məsələ bunların hərəmlərini aradan götürmək və şiəni zəiflətmək idi. Lakin müqavimət öz gücünü göstərdi, Qasim Süleymani kimi əzəmətli general onları anlayacağı tərzdə başa saldı. O ki qaldı Suriyaya, orda zülm yox idi. Bəhanə gətirdilər ki, Bəşər Əsəd uzun müddətdir hakimiyyətdədir, getməlidir, bu demokratik deyil filan. Liviya və Misirdən sonra Suriyanı da zəiflədib, öz istədikləri şəxsi hakimiyyətə gətirib, özləri orda möhkəmlənmək istəyirdilər. Lakin Rusiya və İran buna icazə vermədi və sonuna qədər Əsədə dayaq oldular. Bununla da Qərbin planları alt üst oldu. Başa düşmək lazımdır ki, Əsəd İsrail üçün təhlükədir, İsrailin oranın da torpağında gözü var. Bütün bu oyunlarda ən güclü maşa həm də Türkiyə oldu. Ərdoğan həm də onların sərvətlərini ölkəsinə daşıyırdı, vahhabilərə öz ölkəsindən yol açırdı.

@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий