Страницы

27.06.2021

Valeri Korovin,
“ABŞ-IN RUSİYADA PUL PAYLAYAN XEYİR MƏLƏKLƏRİ”

Bu gün Qərb QHT-lərinin bir az yüksək aktivliyi Şimali Qafqazda, ən yüksək aktivliyi isə Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgəsində müşahidə edilir. Artıq amerikan demokratiyasının küləyinin hansı tərəflərdə əsəcəyini təqribən müəyyən etmək mümkündür. Qərbə aid bütün QHT-ləri saymaq mənasızdır, çünki onlar həddindən artıq çoxdular. Demək olar hər yerdə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (İRİ), müxtəlif növ “açıq cəmiyyət institutları” və ya “xeyriyyə fondlarının” nümayəndəlikləri mövcuddur. Bir müddət əvvəl ABŞ-ın prezidenti öz həmvətənlərinə ”bütün dünyada demokratiyanın inkişafı” işində göstərdikləri səyə görə minnətdarlıq etdi və Beynəlxal Respublika İnstitutunun aparatını əldə edilmiş nailiyyətlərlə - “qızılgül”, “narıncı”, “bənövşəyi” və “qərənfil” inqilabları ilə kifayətlənməməyə çağırdı. Amerikanların bu mövzuda açıqlığı, səmimiliyi, özlərinin haqlı olduqlarına zərrə qədər şübhə etməmələri heyrət doğurmaya bilməz. Bu səmimilik bizim öz “zəkamıza” həddən ziyadə güvənməyimizin nəticəsi deyilmi? Biz hələ də Şərq Blokunun və SSRİ-nin süqutunu düşünüb ah çəkirik, amerikanlar isə artıq Asiyada bizim düz böyrümüzdə yerləşiblər. Biz elə şərəfimizə sahib çıxmaq barədə ağzımızı açan kimi Gürcüstanı və Ukraynanı itirdik... Rusiya ərazisində fəaliyyət göstərən Qərb QHT-lərindən şübhələnmək doğru qiymətləndirilməlidir. Lakin şəbəkə müharibəsi çox sürətli bir prosesdir. Kim ləng düşünəcəksə, daha sürətlə uduzacaq. Vaxt yoxdur...

Комментариев нет:

Отправить комментарий