Страницы

11.06.2021

Avrasiya Birliyinin mahiyyəti bundadır ki, o heç də müxtəlif dövlətlərin eyni tipdən olan yeni bir dövlətin tərkibində sadə birləşməsindən, mövcud administrasiyaların hökmən buraxılmasından, fəaliyyətdə olan bütün institutlarının tam qovuşmasından və hakimiyyət mərkəzlərinin ləğvindən ibarət olmayacaq. Avrasiya Birliyi müasir Rusiyanın hakimiyyət, inzibati və siyasi institutları sistemi ilə birgə genişləndirilmiş versiyası da olmayacaq. Avrasiya Birliyi keyfiyyət cəhətdən fərqli idarəçilik sistemini nəzərdə tutur. Mövcud strukturların təkmilləşməsi tələb olunur – müəyyən strukturlar tədricən ləğv olunaraq yeniləri, daha effektivləri yaradılacaq. Bu səbəbdən RF, yaxud MDB ölkələrində mövcud olan təsisatlarından heç biri nəinki Avrasiya inteqrasiyası (Avrasiya prosesi) vəzifəsinin öhdəsindən gələ bilməz, hətta onu adekvat olaraq formullaşdıra bilməz. Öz sisteminə fondları, konsorsiumları, strateji araşdırma mərkəzlərini və geopolitik ekspertizaları, bank və birja strukturlarını, media-xoldinqləri, elm və təhsil müəssisələrini, mədəniyyət mərkəzlərini və s. daxil edən Beynəlxalq Avrasiya Hərəkatının strukturu isə bu məqsədlər üçün daha münasibdir... Avrasiya prosesinin koordinasiyasına görə məsul olan Hərəkat adi partiyalardan, humanitar və ictimai birliklərdən, dövlətlərarası komissiyalardan, sırf iqtisadi cəmiyyətlərdən və s.-dən keyfiyyətcə fərqlənməlidir. İndiki siyasi-iqtisadi və administrativ sistemin mövcud elementləri Hərəkatla fəal əməkdaşlıq edə, cürbəcür layihələr həyata keçirə bilərlər, ancaq onu əvəz edə bilməzlər. Yeni prinsipial vəzifələrin həlli üçün prinsipial olaraq yeni siyasi və təşkilati instrument lazımdır.

AVRASİYA HƏRƏKATININ PROQRAMI

Комментариев нет:

Отправить комментарий