Страницы

11.06.2021

Avrasiya Birliyinin yaradılması Beynəlxalq Avrasiya Hərəkatının əsas vəzifəsidir. Beynəlxalq Avrasiya Hərəkatının bu yolda əsas fəaliyyət istiqaməti Avrasiya prosesinin təşviqi, kontrolu və koordinasiyasıdır... Avrasiya prosesi – MDB-yə daxil olan hər bir müstəqil dövlətin hökumət, iqtisadi, siyasi, sənaye, informasiya, nəqliyyat, strateji və mədəni institutlarının yeni siyasi-strateji quruma doğru çöxölçülü təkamülüdür. Avrasiya prosesində keyfiyyət və sürət baxımından müxtəlif dəyişiklik axınları vahid məqsədə – Avrasiya Birliyinin yaradılmasına doğru yönəlməlidir. MDB-dən Avrasiya Birliyinə keçid deklarativ və təkməqamlı olmamalıdır. Avrasiya Birliyinin faktiki və hüquqi möhkəmlənməsindən əvvəl ciddi və uzun inteqrasiya işi getməlidir. Avrasiya Birliyinin beynəlxalq hüququn müstəqil subyekti elan olunması ərəfəsində bütün zəruri infrastruktur yaradılmalıdır. Avropa ölkələri bu yolla gediblər, biz də bu yolla getməliyik... Avrasiya prosesinin modulu inteqrasiyanının gedişatına cavab verən çevik strukturların yaranmasından ibarətdir. Bu modulun özəyini koordinator funksiyasını həyata keçirən dövlətlərarası instansiya təşkil etməlidir. Belə bir instansiya Beynəlxalq Avrasiya Hərəkatının bazasında, onun MDB ölkələrindəki nümayəndəliklərində və ya ən azından Hərəkatın fəal iştirakı ilə yaradılmalıdır. Onu şərti olaraq “Avrasiya prosesinin ştabı” adlandırmaq olar. “Ştab” öz fəaliyyətini dövlət hakimiyyəti orqanları – Prezident, Prezident Administrasiyası, Hökümət, Parlament ilə sıx qarşılıqlı əlaqələr əsasında həyata keçirməlidir. Belə bir “ştabın” vəzifəsi inteqrasiya layihələrinin işlənib-hazırlanması və reallaşdırılmasıdır.

AVRASİYA HƏRƏKATININ PROQRAMI

Комментариев нет:

Отправить комментарий