Страницы

02.06.2021

Ayaqyalın Yəmən Səudiyyə və arxasında duran ölkələri məğlub edir

İslam məktəbində "məğlub olduq" ifadəsi yoxdur. Bu ifadə İslama yaddır. Bəzən müəffəq ola bilmirsən, amma məğlubiyyət deyil. 
Bu gün Ənsarullah Səudiyyə Ərəbistanı məğlub edir. Halbuki, Səudiyyənin bir il hərbi sahayə xərclədiyi pul bəzi ölkələrin büccələrindən çoxdur.
Ayaqyalın Yəmən Səudiyyə və arxasında duran ölkələri məğlub edir və bunu heç bir güc dayandıra bilməz. Bizim məsumların duasıdır ki, haqq uğrunda vuruşan qalibdir. Tarixdə də dəfələrlə şahidi olmuşuq. Bədr döyüşü buna ən gözəl örnəkdir.
Bədrdə müsəlmanların 40-dan çox qılıncı və 4-dən çox atı olmayıb. Halbuki düşmən 900 nəfər idi və hər gün bir neçə dəvə kəsirdilər. Nəticə nə oldu? 313 nəfərin qabağında məğlub oldular.
Bu gün bütün dünya muqavimətin qabağında öz pulu, silahları, gücü, birlikəri və çirkin yalan, böhtan propaqandaları ilə durublar. Heç bir faydası olmayıb və Allah köməyi ilə də olmaz.
"Onlar hiyləgərlik etdilər. Allah da (onlara) hiylə qurdu (hiylələrini pozdu). Allah (hiyləgərlərə qarşı) hiylə quranların ən yaxşısıdır". Ali İmran surəsi.
P.S.: Şəkildəki Ənsərullah döyüşçüsü Hacı Qasımin şəklini öpür.

"Qoca Dervis" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий