Страницы

02.06.2021

Neftimizi-qazımızı ingilisə, türkə, ərəbə darmavoy veririk ki, bizi dünyada yaxşı tanısınlar

Famil Qardaşxanov

Sovetlər qanımızı içirdi deyə dünyada heç kim bizi tanımırdı. Hə, yadımdan çıxmışdı, bircə Hitler tanıyırdı, onu da vurub aşırtdılar.
Artıq 30 ildir neftimizi-qazımızı darmavoy veririk ki, dünyada yaxşı tanısınlar.
Azlıq elədi, şəhərin yaxşı yerlərini ingilisə, türkə, ərəbə azad zona (+18) peşkəş elədilər ki, gəlib yaxşı-yaxşı gəzib, keyf eləsinlər, gedəndən sonra da dünyada bizi yaxşı tanıtdırsınlar.
Elton Conun iki mahnısına verilən pula o vaxtki qiymətlərlə 100-lərlə ailənin ev problemini həll etmək olardı.
Amma boşşşeydi, əsas məsələ Eltonun gedəndən sonra bizləri dünyada yaxşı tanıtmağı idi.
"Bakı 2015"-də Avropanın iudey idmançılarını bura yığıb əyin-ba,ş yemək-içmək, təyyarə-otel havayı verdilər - əsas odur ki gedəndən sonra dünyada bizi tanıtsınlar.
Ledi Qaqa kimi qəhrəmanlıqda ad çıxarmış  sənətkarı da gətirib oxutdurub, 3-4 milyon da ona verdilər ki, Qaqa da bizi BMT-də, ATƏT-də layiqincə təmsil eləsin.
"Formula-1" yarışlarını (300 milyon) ölkəmizə gətizdirdilər ki gedəndən sonra dünyada yaxşı tanıtdırsınlar.
Avrovizinə hər il lütdəndirib yollayırlar ki, dünya bizi yaxşı tanısın.
Əsas dünyada tanınmağımızdır. Biz nə qədər desələr, dözməyə hazırıq.
Heç nə yox, 1 qəpiklik spiçkanın 40-50 qəpik olmağı adamın cızdağını çıxardır.
Yaxşı oldu Sovetlər dağıldı, yoxsa rusdan, xaxoldan, özbəkdən, tacikdən latışdan başqa bizi kim tanıyacaqdı.
Rus axırımıza çıxmışdı.

Комментариев нет:

Отправить комментарий