Страницы

15.06.2021

"Bir kəndin yetirmələri"

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum-əqrabasının SİYAHISI

1. Qaynı Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri "udur”.
2. Qaynı İlhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi. Hazırda ER və DNBGİ baş inspektordu. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz.
3. Səfər Mehdiyevin köməkçisi Rəşad (yaxın qohumudur).
4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisidir. İki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.
5. Qaynı Tarquluyev Zeynal "Azterminalkompleks" İstehsalat Birliyinin rəis müavinidir. Qara kassiya o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər açaraq Gömrük Broker və Loqistik "xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburu həmin "xidmətə” yönəldilir. Orda isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur.
6. Qardaşı oğlu Məhəmməd Avtonəqliyyat və Aksizli Mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir.
7. Bacısı oğlu Fərman Dövlət Gömrük Komitəsində Audit və Təhlil baş idarəsində Baş inspektordur. Bakı Baş gömrük İdarəsində Broker xidməti açıb. İş adamlarına sövdələşmələrlə "güzəştlı”xidmət göstərir.
8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektordur.
9. Bacısı oğlu Məhərrəm Bakı Baş Gömrük İdarəsində Baş inspektor işləyir.
10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli Mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır.
11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəmiz Nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidi. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir.
12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu.
13. Bacısının kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordu.
14. Bacı oğlusu Röşən Dövlət Gömrük Komitəsində işləyir. Saxta tabel yazılır, əmək haqqı alır. Hec vaxtı işə gəlmir. Amma kənarda biznesiylə məşguldu.
15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Nəzarəti Baş İdarəsində baş inspektordu. Amma tərcümeyi-halını yaza bilmir.
16. Bacanağı Həsən Dövlət Gömrük Hospitalında işləyir.
17. Dostu Elman Dövlət Gömrük Komitəsinin Hospitalında baş həkimdi. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiri olduğu halda saxta dərman idxalına görə DTK tərəfindən həbs edilmişdir.
18. Bacanağı Eldar Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir.
19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır, amma işə cixmır.
20. Qardaşının kürəkəni Sahib iş adamlarına ucuz qiymətə mal çıxardığını bildirərək Broker Gömrük xidməti açmışdır.
21. Yeznəsinin qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postuna rəislik eliyir (rəsmi rəis başqası olduğu halda).
22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman "Azterminalkompleks" İstehsalat birliyində işləyir.
23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif də Dövlət Gömrük Komitəsindədir (Yeznəsinin qardaşı oğulları ücü də gömrükdə işləyir).
24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən Gömrük postu "Azterminalkompleks" İB-də işləyir.
25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektordur.
26. Qardaşının kürəkəni Arif 51 yaşında işə düzəlib. "Gömrük orqanlarında Xidmət haqqında” Əsasnaməyə əsasən, kapitana qədər 50 yaş son yaş həddidir. Bunu isə 51 yaşında təzə işə götürüblər.

"Kriminal Press" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий