Страницы

16.06.2021

Övlad tərbiyəsi

Rasim Hüseynov

Valideynin borcu, vəzifəsidir ki, övladinin tərbiyəsi ilə məşğul olsun. Hər yaş dövrünə uyğun onunla rəftar etsin. Vaxtında nökərçilik, qulluq işlərini ona buyurmalı, vaxti çatanda onunla dost, sirdaş, vəzir, vəkil kimi rəftar etməlidir.
Övlad valideyni özünə sirdaş, dost, həyatda yaxın bir insan, çətin vaxtında ona sözünü, dərdini deyə biləcək, büdrədiyi zaman əlini tutacaq bir ata, ananın olmasını hiss etməlidir. Bu rəftar dövrü14-15 yaşından sonra həyata keçirilir. Buna qədər isə uşağa pis ilə yaxşını anlatmaq, pis işlərinə görə tənbeh, yaxşı işlərinə görə mükafatlandirmaq dövrüdür.
Hər dövrün öz çətinliyi, sıxıntıları olur. Lakin həddi-buluğ yaşındakı uşaqlar daha həssas olduğuna görə onlarla daha incə rəftar tələb olunur. Bu proseslər zəncirvari bir-biri ilə sıx əlaqəlidir.
Həddi-buluğa qədər məşğul olunmayan uşaq həddi-buluğdan sonra ipə-sapa yatmır. Yəni tərbiyəsi çətinləşir. Valideyn uşağin kimlərlə dostluq, yoldaşlıq etdiyinə, kimlərlə oturub durduğuna diqqət yetirməsə nəticəsi pis ola bilər
Bu gün bir cavan balamız dünyasını dəyişir, soruşursan, bıçaqlanma, narkotik, pis əhatələrin qurbanıdir. Valideynin məsuliyyətsizliyi ucbatindan bədbəxt hadisələrin şahidi oluruq demək olar hər gün.
Övladlarınızdan muğayat olun. Onlar Allahin bizə verdiyi əmanətdir.
Bu gün cəmiyyətimizə cismi, ruhu sağlam insanlar lazımdır. Bu balalarımız bizi cənnətə də, cəhənnəmə də aparan bir vasitələrdir. Bəzən elə cəhənnəmi bu dünyada yaşatdırırlar valideynə. Allah o gündən saxlasın.
Allah bizim övladlarımızı Allah özü istəyən kimi böyütməyimizə yardımçı olsun.
Övladlarımızı Allaha, Vətənə, cəmiyyətə xeyirli övladlardan qərar versin inşəAllah.
Əhli-Beyt əleyhimussalamları sevən bir nəsil yetişdirməkdə Allah bizim özümüzü hidayət, müvəffəq etsin inşəAllah.

Комментариев нет:

Отправить комментарий