Страницы

06.06.2021

Rusiyalı politoloq Azərbaycanın mövqeyini müdafiə edən məqalə dərc etdi

Rusiyalı politoloq Aleksandr Krasnoqorski Turan Ekspress teleqram kanalında (@turan_ekspressi) Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə edən məqalə yazıb. “Qarabağın müstəqilliyini tanımaq beynəlxalq güclərə niyə sərf edir?” adlı məqaləni sizin də nəzərinizə çatdırırıq.

Qarabağ müharibəsi dövründə dünyanın müxtəlif yerlərində hay-küy qaldlrılmışdı ki, hökmən Dağlıq Qarabağın müstəqilliyini tanımaq lazımdır.
Bunlar o ölkələr və ictimai cəmiyyətlər idi idi ki, orda erməni lobbisi güclüdür.
Belə görünür ki, erməni lobbisi Ermənistanın özündən başqa çox yerdə güclüdür, çünki Qarabağın müstəqilliyinin tanınıb-tanınmaması Ermənistanın özünün heç vecinə də deyil.
Gah burda, gah da orda Azərbaycanı və Türkiyəni günahlandırırlar ki, Qarabağ konfliktlinin həll olunması üçün öz hərbi səylərini ortalığa qoyublar.
Məlumat verilir ki, bəs Fransa Senatında Arsaxın tanınması məsələsi qaldırılıb. Bu nədir- real istəkdir, yoxsa havaya qaz buraxılmasıdır?
Xatırladaq ki, Fransada çoxlu erməni yaşayır. Və çoxdan yaşayır. Erməni diasporu bu ölkədə böyük siyasi gücə malikdir.
Əlbəttə ki Fransa Senatı Qarabağın müstəqilliyini tanımağa məcburdur. Lakin ardınca Fransa hökuməti də Qarabağın müstəqilliyini tanıyacaqmı – bax bu sual altındadır.
Gəlin mahiyyətcə danışaq. Türkiyə - NATO üzvüdür. Özü də NATO-nun çox vacib üzvüdür. Arsaxın, yəni Qarabağın müstəqilliyini tanıyan istənilən ölkə avtomatik Türkiyənin düşməninə çevriləcək.
Fransa da NATO üzvüdür. Amma Türkiyə ilə düşmənçilik etmək onunçün NATO blokunun birliyini dağıtmaq, həmrəyliyinə xələl gətirmək demək olacaq.
Bu, təkcə Fransaya deyil, Qarabağın müstəqilliyini tanınmağa çalışan istənilən dövlətə aiddir. Axı hamısı NATO üzvüdür.
Digər tərəfdən, o maraqlıdır ki, nəyə görə məhz indi - Rusiya ilə Azərbaycanın birgə səyləri nəticəsində əzabkeş Qarabağ torpağında sülh yarandığı bir dövrdə bu məsələni ortaya atıblar?
Nəyə görə Qarabağda müharibə gedən vaxt bu məsələ heç kəsin yadına düşmürdü?
Bəlkə ona görə ki, müharibəni məhz Putin dayandırdı? Bəlkə məhz ona görə ki, Rusiya əsgərləri dinc yaşayışı təmin etmək üçün bura gəldilər?
Belə görünür ki, “müttəfiqlərimizin” niyyəti başqa imiş. Axı Amerika prezidentinin məsləhətçisi açıq dedi ki, sülhməramlı kontingentin yeridilməsi səlahiyyəti təkcə ABŞ-a məxsusdur (!).
Yəni Rusiya bura qarışmamaıydı.
Bax onlar bunu istəyirdiıər.
Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq və bura NATO-nu gətirmək!
Təsəvvür edin ki, Fransa, İngiltərə, ABŞ və NATO-nun digər üzvləri öz istəklərinə rəğmən Qarabağın müstəqilliyini tanıdılar.
Onda region hansı vəziyyətə düşər?
Onlar Qarabağ ermənilərinə deyəcəklər: “Biz sizin suverenliyinizi qəbul edirik, Rusiya isə qəbul etmir. Ermənistanın rəhbərliyi isə sizi satmışdır və siz torpaqlarınızı itirmisiz. Azərbaycan əvvəl-axır nə vaxtsa Türkiyənin təzyiqi ilə üçtərəfli razılaşmanı pozacaq və rus sülhməramlılarının çıxarılmasını tələb edəcək. Biz isə öz sülhməramlılarımızı – NATO sülhməramlılarını təklif edirik. Bizim sülhməramlıları heç kəs qova bilməz. Və bizim sülhməramlılar siz erməniləri etibarlı şəkildə qoruyacaq. Əgər bizim təklifdən imtina etsəniz, biz Ermənistana təzyiq edəcəyik, o isə razılaşmanı pozacaq və yenidən müharibəyə başlayacaq. Onda siz hamınız qırılacaqsınlz”.
Bu elə bir təklif olacaq ki, ondan imtina etmək mümkün olmayacaq.
Bununla da həm Türkiyənin regional güc kimi siyasi imicinə böyük zərbə vurulacaq, həm Azərbaycanın bütün nailiyyətlərinin üstündən xətt çəkiləcək, həm də Azərbaycan Ermənistanla birgə Qərbin tam siyasi tabeliyinə düşəcək.
Bütün bunlar isə Rusiyanın Qafqaza girişini bağlamaq üçün ediləcək.

Aleksandr Krasnoqorski

Комментариев нет:

Отправить комментарий